Modern.az

Kabildəki hava limanında partlayışı İŞİD törədib

Kabildəki hava limanında partlayışı İŞİD törədib

23 İyul 2018, 00:22

İŞİD Kabildəki hava limanında törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb. Modern.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Qeyd edək ki, Həmid Kərzayi adına hava limanında baş verən partlayış zamanı 16 nəfər ölüb. Hadisə zamanı ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Partlayış zamanı daha 60 nəfər xəsarət alıb.

 

Partlayış ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum hava llimanını tərk edən zaman törədilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?