Modern.az

Bakı Türk Liseyi məzunlarından rekord NƏTİCƏLƏR

Bakı Türk Liseyi məzunlarından rekord NƏTİCƏLƏR

23 İyul 2018, 09:06

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Tapdıq Məhərrəmli iyulun 18-də keçirilmiş I qrup üzrə qəbul imtahanlarında 700 bal toplayaraq ölkə birincisi olub.

Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğunun Modern.az-a bildirdiyinə görə, Tapdıq Məhərrəmli  liseyin 19-cu 700 bal toplayan məzunudur.

 
Onun sözlərinə görə, Bakı Türk Liseyinin I ixtisas qrupundan imtahanda iştirak edən 43 məzundan 26 nəfəri (60%), IV ixtisas qrupundan isə imtahanda iştirak edən 40 məzunundan 31nəfəri (78%) 600-dən yuxarı bal toplayaraq, rekord nəticə göstəriblər.

Ümumilikdə imtahanda iştirak edən I və IV qrup 83 məzundan 57 nəfəri (69%) 600-dən  yuxarı bal toplayıb. Onlardan 37 məzun  650-dən yuxarı bal toplayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir