Nabrandakı istirahət mərkəzlərinin birində itkin düşən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu sağ-salamat tapılaraq ailəsinə verilib.
Modern.az xəbər verir ki, Bakı şəhər sakini olan 3 yaşlı İsmayıl Novruzov iyulun 22-də günorta saatlarında itkin düşmüşdü.
Axtarışlar zamanı İ.Novruzov itkin düşdüyü yerdən təxminən iki kilometr aralıda, istirahət mərkəzinin yaxınlığındakı çay dərəsində aşkarlanıb.
Ailənin tək övladı olan İsmayıl Novruzovun valideynlərinin sözlərinə görə, meşəlik ərazidə yerləşən istirahət mərkəzində dincələn zaman uşağın yanlarında olmadığını görüblər. Ətrafa baxış zamanı İ.Novruzov tapılmayıb. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib.
Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmuşdu.
Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılırdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirdilər.
***
22.07.2018-ci il tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.
Modern.az nazirliyə istinadən xəbər verir ki, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.
Əlavə məlumat veriləcək.
***
İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.
Əlavə məlumat veriləcək.
Bakıda spirtli içkidən zəhərlənib öldü - FOTO
Bir ildə 14857 ailə dağılıb - Boşanmaların ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ
Heydər Əliyev Mərkəzində nadir əsərlərdən ibarət sərgi açılıb - FOTOLAR
Separatçıların paytaxtında 3 ardıcıl partlayış…
Rüstəm İbrahimbəyov Bakını tərk etdi
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
“Aztelekom”un sabiq baş direktoru həbsdən buraxılıb
Biləsuvarda ev yandı
Əfqanıstan səfiri BDU-da
Qaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib - FOTOLAR
Pakistan Hindistandakı səfirini geri çağırdı
Prezident Sumqayıtda yeni zavodu işə saldı
Universitetlərdə 500-600 manat təqaüd alan TƏLƏBƏLƏR
Ermənistan Rusiyadan 12 qırıcı təyyarə almağı planlaşdırır
Bakıda liftlərin hissələrini oğurlayan şəxs tutuldu
Nəriman Əliyev seçicilərinin müraciətlərini nəzarətdə saxlayacaq
“ASAN könüllüləri” deputatlarla görüşəcəklər - “Könüllülər Parlamenti-Azərbaycan, 2019”un açılışı oldu
Avstriya rəsmisi Tərcümə Mərkəzində
Nohur balıqçılığı ilə bağlı müzakirə aparıldı
Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü
DİM-də cavabların yoxlanma prosesinin ən məxfi detalları
Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - Danışır FAKTLAR
Ermənistanda 100 əsgər ölüb, araşdırma başladı
Pulu MilliÖn-lə göndərib, bankomatdan almaq imkanı!
Qubada fermerlərə ağac budamaq öyrədildi
124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
Polis istirahət günlərində 68 nəfəri saxladı
Ermənistan atəşkəsi 26 dəfə pozdu
Milli Məclisdən pensiyalarla bağlı qanuna dəyişiklik
Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - II YAZI
İlham Əliyev Sumqayıta gedir
Manatın bugünkü MƏZƏNNƏSİ
Amerikalıların etibar etdiyi azərbaycanlı xanım…
Türkiyədə mikroavtobus aşdı: 16 yaralı
Moskvada şiddətli şaxtalar olacaq
Göyçayda zəncirvari qəza
Parisdə “sarı jiletlər” yürüş keçirdi
Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
Paytaxtda 180 restoran bağlandı - SƏBƏB
Məktəb direktorunu döyən “Drakon”la birgə bacısı oğlu da ittiham olunur - YENİLƏNİB
Müəllimlər də aksiyaya başladı
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi
“Qarabağ” “Qəbələ”dən 3 xal aldı
Ərdoğanla Putin apreldə yenidən görüşəcək
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı keçirdi
Anamı “cinayət işi” öldürdü
Rüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLAR
“Neolit”dəki qarşıdurmaya görə tanınmış bloqer saxlanıldı
İran yeni sualtı gəmi istehsal edib
“Qarabağ” və “Səbail” rəqiblərinə qalib gəldi
Şərh yaz