Modern.az

Deputat ağsaqqal seçicilərini qəbul etdi - FOTOLAR  

Deputat ağsaqqal seçicilərini qəbul etdi - FOTOLAR   

23 İyul 2018, 10:55

Milli Məclisin Əmək və sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənəranda,  ağsaqqallardan ibarət bir qrup seçicilərini qəbul edib.

    
Ağsaqqallar ölkədə gedən ictimai-siyasi proseslərdən geniş söhbət açıb, ölkədəki sabitliyin qarantı olan prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndiriblər. Eyni zamanda onlar əmin-amanlığın qorunması ilə bağlı öz fikir və təkliflərini söyləyiblər.
Söhbətin mövzusu adamları düşündürən bəzi məqamlarla kəsişib. Belə ki söhbət əsnasında ölkədə iş yerlərinin yaradılması, kiçik sahibkarlığa dəstək, özünəməşqulluq məsələlərinə xüsusi diqqət yetirilib. Məşqulluq məsələlərinə ölkə rəhbərliyinin verdiyi önəm,fərman və sərəncamlar qəbul olunan bir sira qanunlar millət vəkili tərəfindən açıqlanıb, bu sənədlərin əhəmiyyətindən xüsusi söhbət açılıb. Ağsaqqallar ailələrdə, məktəblərdə və gənclər arasında əmək tərbiyəsinə xüsusi yer ayrılmasının vacibliyini önə cəkiblər. Onlar qeyd ediblər ki, ailədə və cəmiyyətdə ələ baxımlılıqdan uzaqlaşmaqdan ötrü ardıcıl işlərin görülməsi vacibdir. Populyar və qeyri-populyar iş yerləri mövzusuna da xüsusi diqqət yetirilib. Söhbət yemək süfrəsi arxasında davam etdirilib.


Sonda ağsaqqallar millət vəkili ilə xatirə şəkli çəkdiriblər.

    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır