Modern.az

Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb  

Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb   

23 İyul 2018, 11:05

Dövlət Agentliyi maşın-mexanizm parkından səmərəli istifadə edilir və daima parkın yenilənməsini diqqətdə saxlayır. Bunun nəticəsidir ki, cari ilin son 6 ayı ərazində müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikalar alınıb.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Avtomobil Yollarının (AAYDA) Nəqliuyat idarəsinin rəisi Elşən Cəfərov bildirib. O qeyd edib ki, bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir:

"Bundan başqa Agentliyimizin texniki şərtləri və sifarışı ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobillər və avadanlıqlar da müvəffəqiyyətlə idarə-müəssisələrimiz tərəfindən istifadə edilir. Bunlara misal kimi, yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatları və sairi göstərmək olar. Çevik texniki yardım və servis mərkəzində isə nasaz texnikaların təmiri, parkında mövcud olan nəqliyyat vasitələri və maşın-mexanizmlərdən isə fövqəladə hallarda Agentliyimizin ritmik fəaliyyəti təmin edilir. Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikasi və maşın-mexanızmlər verilib. Beləliklə son 6 ayda Agentlik tərəfindən 200-dən artıq yol texnikası, maşın-mexanizm alınıb".

Onun sözlərinə görə yexnikalar əsasən Amerika, Çin, Rusiya, Belarus və Avtopa ölkərindən alınıb:

"Bu təxnikalardan yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi nəzərdə tutulub. Ümumilikdə texnika alınması üçün Çindən Azərbaycana 8,2 milyon dollar birdəfəlik texniki yardım verilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır