Modern.az

Nissan Servisin ən yaxşı qəbulçuları seçildi – 2011-ci ilin yarışması

Nissan Servisin ən yaxşı qəbulçuları seçildi – 2011-ci ilin yarışması

20 Sentyabr 2011, 17:37

Nissan Satış və Servis Mərkəzində ənənəvi NISAC (Nissan Service Advisor Contest) yarışması keçirildi. Yarışmanın təşkil olunmasında əsas məqsəd servis qəbulçularının bilik və bacarıqlarının təkmiləşdirilməsi və qəbul işinin səviyyəsini yüksəltməkdir. Yarışmanın şərtlərinə görə, qəbulçular 2 yarımqrupa bölünərək qəbul prosesinin 3 müxtəlif mərhələsinə (avtomobilin qəbulu, görülən işin müştəriyə izah olunması və avtomobilin təhvil verilməsi) uyğun təşkil olunan rol oyunlarında Nissan standartlarına əsasən müştəri ilə iş bacarıqlarını nümayiş etdirməlidirlər. Proses ardıcıllığına və qəbul standartlarına uyğun hər bir performans balla qiymətləndirilirdi. Ötən ilki yarışmalardan fərqli olaraq bu il NİSAC yarışmasına Nissan Servisdə çalışan xanım qəbulçular da qatılmışdılar. Sonda 6 qəbulçudan Rauf Babayev 1-ci yerin sahibi olmaqla NİSAC yarışmasının Regional mərhələsində “Nurgün Moors”u təmsil etmək hüququ qazandı. Zarema Əliyeva 2-ci yerin, İrina Babayeva isə3-cü yerin sahibi oldular. Qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olundu.

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

NISSAN   getdiyin yolları_DƏYİŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi