Modern.az

Fidan Məmmədova Azərbaycanı təmsil etdi

Fidan Məmmədova Azərbaycanı təmsil etdi

23 İyul 2018, 16:16

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı Beynəlxalq Əlaqələr və Əməkdaşlıq üzrə katib Fidan Məmmədova 13-22 iyul tarixlərində Qingdao şəhərində keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatının” gənclər forumunda  Azərbaycanı təmsil edib.

O, Qingdao və Pekin şəhərlərində baş tutan konfrans, təlimlərdə qatılıb, forumda Azərbaycan gəncliyi, Azərbaycan-Çin arasındakı əlaqələrdən, Böyük İpək Yolu Beynəlxalq Gənclər ittifaqının fəaliyyətindən, Dövlətimizin gənclərə olan dəstəyi haqqında iştirakçılara məlumat verib.

Həmçinin Çin Xalq Respublikasının dövlət nümayəndələri, “Şanxay Əməkdaşlıq Təşkilatının” katibi, Özbəkistan Prezidentinin köməkçisi, Rusiya Federasiyasının Dövlət Dumasının nümayəndələri ilə görüşlər baş tutub.

Görüşlərdə gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.  Sonunda, iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...