Modern.az

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib

23 İyul 2018, 19:09

“Trans-Adriatik” (TAP) boru kəməri üzrə işlərin 75 faizi icra olunub.

Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihələri uğurla reallaşdırılıb və TAP boru kəməri üzrə işlərin 75 faizi icra olunub. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisinin nəzərdə tutulan vaxtda başa çatdırılması ilə “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı və “Şahdəniz-2” qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolu təmin ediləcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi və Azərbaycan qazı Bolqarıstan üçün mühüm əhəmiyyətə malikdir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağı nəzərdə tutulur.

Azərbaycan təbii qazı Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin edəcək və dekarbonizasiyaya öz töhfəsini verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır