Modern.az

690 bal toplayan abituriyent prezident təqaüdçüsü ola bilməyəcək

690 bal toplayan abituriyent prezident təqaüdçüsü ola bilməyəcək

Təhsil

24 İyul 2018, 10:14

Təhsil eksperti Kamran Əsədov builki qəbul imtahanlarında I qrup üzrə yüksək nəticə göstərən abituriyentlərlə bağlı maraqlı statistika açıqlayıb.

Modern.az-ın məlumatına görə, ekspert 2017-2018-ci illərdə keçirilən qəbul imtahanlarında  abituriyentlərin topladığı balı müqayisə edərək? ortaya maraqlı nəticə çıxarıb.


“I ixtisas qrupu üzrə bu il 690 - 700 arası bal toplayan abituriyentlərin sayı 56 nəfərdir (2017 - də 36 nəfər olub).
Bu o deməkdir ki, bu qrupda prezident təqaüdçüsü azı 695 bal toplayan olacaq. 
650 - dən çox bal toplayan abituriyentlərin sayı 369 nəfərdir (2017 - də 263 nəfər idi).
600- dən çox bal toplayan abituriyentlərin sayı bu il 880 nəfərdir (2017 - də 686 nəfər olub).

I ixtisas qrupunda bu il 500-700 bal arası toplayan abituriyentlərin sayı 2312 nəfər olub. 
2017 - ci ildə 1980 - nəfər idi”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır