Modern.az

Moldovada azərbaycanlı diaspor fəalı ölüb  

Moldovada azərbaycanlı diaspor fəalı ölüb   

24 İyul 2018, 21:55

Moldova Azərbaycanlıları Konqresinin (MAK) İdarə Heyətinin üzvü, iş adamı Müqabil Hümbətov vəfat edib. Modern.az APA-ya istinadən xəbər verir ki, iş adamı xəstəlikdən dünyasını dəyişib.

Müqabil Ələkbər oğlu Hümbətov 12 mart 1963-cü ildə qərbi Azərbaycanda anadan olub və uzun müddətdir Kişinyovda yaşayıb. O Moldovada Azərbaycan diasporunda və yerli iş həyatında tanınmış şəxs olub. Moldova Azərbaycanlıları Konqresinin rəhbərliyi bu ağır itgiylə əlaqədar olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI