Modern.az

Erməni əsgər hərbçi yoldaşını güllələdi

Erməni əsgər hərbçi yoldaşını güllələdi

24 İyul 2018, 23:48

İyulun 24-də saat 15:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin döyüş postunda sıravi əsgər Jora Vahanq Petrosyanın meyiti aşkar edilib. Modern.az xəbər verir ki, bu barədə Ermənisan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə yerinə gedən istintaq qrupunun məlumatına görə erməni əsgər xidmət yoldaşı tərəfindən silahla davranma qaydalarının kobud şəkildə pozulması nəticəsində ölüb.

 

Hadisə ilə bağlı araşdırma davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi