Modern.az

Deputat “qaynar xətlər”dən NARAZILIQ ETDİ  

Deputat “qaynar xətlər”dən NARAZILIQ ETDİ   

25 İyul 2018, 10:02

“Bu gün müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılan “Qaynar xətt” xidmətləri çox gülünc vəziyyətdədir”.


Modern.az
xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.


O qeyd edib ki, ümumilikdə sözlərin mahiyyətinə uyğun işlədilməməsi problemi var:


“Ölkədə əksər qurumda "Qaynar xətt" var. Daxili İşlər Nazirliyinin (DİN) 102, təcili tibbi yardımın 103, Fövqəladə Hallar Nazirliyinin 101, 112 habelə daha bir neçə qurumun “qaynar xətt”indən başqa ölkədəki əksər “qaynar xətlər” formal fəaliyyət göstərir”.

 

Deputatın sözlərinə görə, əslində bu durum məsuliyyətsizlikdən daha çox, elə  "qaynar" sözündən qaynaqlanır:


“Çünki istənilən qaynar mayeni nə zamansa soyutma məcburiyyəti yaranır. Bu xətlərin də həmişə qaynar qalması praktik olaraq mümkünsüzdür. Odur ki, harada müraciətə operativ cavab verilir, burada ad da olduğu kimi qalır. Harada cavab almaq mümkün olmursa, o zaman "soyumuş xətt" ifadəsi daha çox yerinə düşür. “Qaynar xətt” və “soyumuş xətt” tanıtımından sonra artıq vətəndaş da müraciətinə operativ cavab ala bilməyəndə, əsəbindən qaynayıb-coşmayacaq, qaynasa da düşdüyü xəttin təsiri ilə dərhal soyuyacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?