Modern.az

Azərbaycanda ən çox korrupsiya bu sahədədir

Azərbaycanda ən çox korrupsiya bu sahədədir

25 İyul 2018, 10:47

Bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub.

 

Modern.az xəbər verir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında bildirib.

 

K.Əliyev qeyd edib ki, bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib:

Növbəti yerdə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib:


“Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 117 cinayət işi üzrə istintaq aparılır. Onlardan 16-sı mənzil tikinti korporativlərin fəaliyyəti ilə bağlıdır. 14 cinayət işi bank sektoru, 7 cinayət işi qum çınqıl və digər sahələrlə əlaqəlidir".

 

O həmçinin deyib ki, 17 milyon 610 min manat ziyanın vətəndaşlara ödənilməsi təmin edilib: “Mənzillərin bir neçə nəfərə satılması ilə bağlı 6 milyon 860 min manat nağd olaraq vətəndaşlara ödənilməsi təmin olunub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir