Modern.az

Azərbaycanda alimlik dərəcəsi olanların sayı açıqlandı

Azərbaycanda alimlik dərəcəsi olanların sayı açıqlandı

25 İyul 2018, 11:45

2018-ci ilin əvvəlinə ölkədə tədqiqat və işləmələri yerinə yetirən təşkilatların və həmin təşkilatlarda tədqiqat və işləmələrlə məşğul olan heyətin sayına dair statistik məlumatlar açıqlanıb.

Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda tədqiqat və işləmləri yerinə yetirən 137 təşkilat var:

“Həmin təşkilatlarda tədqiqat və işləmlərlə məşğul olan heyətin sayı 20580 nəfərdir. Onlardan 1414 nəfəri elmlər doktoru, 6243 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir”.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 72 həqiqi, 111 müxbir, 3 fəxri, 1 xarici üzv, 12 professor var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir