Modern.az

Fazil Məmmədov xəstəxanadan evə buraxıldı  

Fazil Məmmədov xəstəxanadan evə buraxıldı    

25 İyul 2018, 13:09

Sabiq vergilər naziri Fazil Məmmədov müalicə aldığı Türkiyədəki “American Hastahanesi”ndən evə buraxılıb.

 

Modern.az-a daxil olan məlumata görə, müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədov hələlik Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir.


Qeyd edək ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu