Modern.az

Ölkədə taxıl biçini nə yerdədir?..  

Ölkədə taxıl biçini nə yerdədir?..  

26 İyul 2018, 14:34

İyulun 25-nə olan məlumata əsasən respublikanın rayonlarında 972.8 min hektar sahədə taxıl biçini aparılıb.

Bu abrədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.

O qeyd edib ki, bunun 641.7 min hektarı buğda, 331.1 min hektarı arpa sahələridir:

“Hazırkı məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30.1 s/ha, arpanınkı isə 27.6 s/ha təşkil edir.

Ümumilikdə arpa biçininin 98.4%-i, buğda biçininin isə 94.7%-i yerinə yetirilib”.

 

A.Hüseynov nazirlik tərəfindən qeydiyyata alınan, eyni zamanda mexaniki nəqliyyat vasitələri üçün verilən sürücülük vəsiqələrilə bağlı statistikanı da açıqlayıb:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 28 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 31 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1, Qəbələ - 3) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 17 nəfərə isə (Ağsu – 1, Bakı – 1, Bərdə - 1, Beyləqan – 1, Gəncə - 3, İmişli – 3, Lənkəran – 2, Quba – 4, Şəki – 1) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib (dəyişdirilib)”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır