Modern.az

Müstəqil dövlətin müstəqil mətbuatı - Necə olmalıdır?

Müstəqil dövlətin müstəqil mətbuatı - Necə olmalıdır?

Media

26 İyul 2018, 14:52

Şəmsəddin Əliyev,
Mətbuat Şurasının icraçı katibi   



Azərbaycan ikinci dəfə müstəqilliyini 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə bəyan etdi. 100 il bundan öncə isə Azərbaycan müsəlman Şərgində ilk müstəqil, demokratik dövlət kimi Milli Şuranın 1918-ci il mayın 28-də qəbul etdiyi «İstiqlal Bəyannaməsi» ilə elan edilmişdi. Azərbaycan Xalq Cumhuriyyətinin ömrü qısa - 23 ay çəkdi, müasir demokratik Azərbaycan isə  birincinin varisi  olaraq artıq 27 ildir ki, Beynəlxalq hüququn subyektidir.


1995-ci il 12 noyabrda (27 noyabrda qüvvəyə minmişdir) qəbul edilən və xalqın iradəsini ehtiva edən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanı müstəqil, hüquqi, demokratik, unitar və dünyəvi dövlət olmasını imperativləşdirmişdir. Şükrlər olsun Aləmlərin Rəbbinə!


Biz müstəqil, azad və cüveren bir xalqıq. Müstəqillik Azərbaycan xalqının daşınmaz və özgəninkiləşdirilməyən sərvətinə çevrildi. Min şükür! Müstəqil, hüquqi dövlətin qayəsi hakimiyyətin bölgüsü prinsipi və iki əsas, müasir demokratik kriteriya ilə şərtlənir. Müstəqil məhkəmə və azad mətbuat. Bu, iki demokratik cəhət üzvü surətdə,bir-birilərini ayrılmaz tərkib hissələr təki  tamamlayırlar. Müstəqil, ədalətli məhkəmə (nəzərə almalıyıq ki, mütləq mənada ədalət dünyanın heç bir ölkəsində olmamış və heç olmayacaq da. Ədalət prinsipi nisbidir) azad mətbuat. İstənilən sivil cəmiyyətlərdə məhkəmə ədalətli olmazsa, aktların qəbulunda müstəqil deyilsə, mətbuat da azad və müstəqil ola bilməz. Və yaxud da, əksinə. Müstəqil mətbuat olmadan, hakimlər də siyasi və hüquqi müdaxilələrdən qoruna bilməzlər. Yalnız ədalətli və məhkəmə aktlarının qəbulunda müstəqil, prosesual hüquq düşüncələrinə uyğun qərar qəbul etmək bacarıq və qabiliyyətinə malik hakimlər ictimai maraq kəsb edən yazılara görə təqib olunan Söz sahiblərini-jurnalistləri müdafiə edə bilər. Hakimlər də yalnız müstəqil mətbuat vasitəsilə, KİV-də həqiqətə uyğun, mötəbərliyi şübhə doğurmayan  informasiyalar vasitəsilə ictimai rəyə yol tapa,məhkəmə hakimiyyətinə etimadı və hakimin yüksək nüfuzunu qoruya bilərlər.


Mətbuatdan gileylənən məmur, siyasətçi,ictimai xadim gəmi kapitanının küləkdən gileylənməsinə bənzər. (Ingilis siyasətçisi Enox Pauell) Bu mənada mətbuat hər cür azadlığın keşikçisi və haqsızlıqlara,sui-istifadələrə qarşı qamçıdır-deyərdim. Mətbuat vasitəsilə cəmiyyəti gərginlikdə saxlamaq və yaxud, çaşdırmaq, dünyaya baxmaq üçün  pəncərəni açmaq və  qapamaq mümkündür. İngilis yazıçısı Oskar Uayld yazır :Amerikada Prezidentin səlahiyyət müddəti 4 il, jurnalistlərin səlahiyyətləri isə müddətsizdir.


Azad ölkələrdə davranışlar açıq-aşkar görünür,ehtimallara söykənməyə dəhliz qalmır.Mətbuat üçün də qanunvericiliklə qadağan olunmuş hallardan başqa hər şey əl çatan olmalıdır.Mətbuat istənilən dövlət,ictimai və kommersiya qurumları,hətta hakimlərin müstəqilliyi ətrafında formalaşan müsbət rəyi qorumağa qadir“ictimai qalxandır”.Hər şey ədalətlə qələmə alınarsa cöz-söhbətlərə və əsassız təqiblərə də yer qalmır.Dəniz yolçuluğuna çıxanlar üçün gəminin sazlığı nə qədər vacibdirsə,jurnalistlər üçün də səhih mənbələrdən toplanan məlumatları yaymağı qarşısına məqsəd qoymaq bir o qədər vacibdir.Bunu tapmaq da,yaymaq da çətin olduğu qədər həqiqəti əks etydirən məlumatları qəbul etmək də çətin olur.Çünki həqiqət dərman həbləri qədər acı olur.Onun acılığına isə səbr etməyi bacarmırıq.Birinci Napaleon vaxtilə Fransa xalqına xitab edərək demişdi;”Siz, məni Fransanın sahibi kimi görürsünüz.Çox sağ olun.Amma,mən onu azad mətbuatla heç üç ay da idarə etmək məsuliyyətini üzərimə götürməzdim.   


Etik komponentlər baxımından jurnalistin fəaliyyətindəki müstəqillik,azadlıq və ədalətlilik tərəflər üçün eyni və bərabər səciyyə  daşıyır. Məhz ona görə özgəninkiləşməsi mümkün olmayan, lakin   özününküləşmiş hüquq və azadlıqlar arasında qarşılıqlı hörmətə söykənən əməkdaşlıq münasibətlərini macrasına yönəltməyə böyük ehtiyac var. İstəməzdim bu məsələdə hər hansı beynəlxalq konvensiya, və ya, normaları rəhbər tutaq. Sadəcə «mətbuat hər bir cəmiyyətin və millətin,redaksiya heyəti isə mənsub olduğu qəzetin,saytın güzgüsüdür» - deyə yanaşmalıyıq. Hakimiyyətin digər budaqları da baş verən hadisələrlə bağlı səhih məlumatı şifahi xalq ədəbiyyatına xas kiminsə dilindən və danışığından yox, bilavasitə mətbuatda dərc olunan, həqiqiliyi və  mötəbərliliyi heç bir şübhə doğurmayan yazılarda oxuyur, məlumat alırlar.Hər bir informasiyanı xəbər kimi sensasiya xatirinə oxuculara çatdırmağın özü də qeyri peşəkarlıqdan və naşılıqdan yaranır. Məs; İtin adamı dişləməsi xəbər deyil. Xəbər, adamın iti dişləməsidir (haşiəyə görə üzr istəyirəm)


Hakimiyyətin bütün budaqları ilə mətbuat “budağı”   arasında mövcud «xüsusi mülkiyyətçilik» və amirlik  ədası ola bilməz,olarsa bu, bir sıra faktorlarla bağlıdır. Bəzən ictimai təsəvvürlərdə jurnalistlər haqqında neqativ dəyərlər dominantlıq edir və yaxud bəzi məmurların nəzərində jurnalistlər «hazır ov» ovçuları, manipulyasiya dəstəsi, «güclülər dünyası»nın qulluqçuları və s. kimi lövbər atırlar. Bəzən hakimiyyətin məhkəmə qolunun toxunulmaz sübyektlərinin jurnalistlərə qarşı «pretenziyaları», daha çox məhkəmə fəaliyyətini qələmə alan, hüquqşünaslıqdan məlumatı olmayan jurnalistlərə qarşı olur. Həqiqət var.Məs.Bu yaxınlarda qapalı məhkəmə iclasının gedişini  qələmə alan jurnalistdən hədsiz narazı qalan məhbusun şikayətini həyacansız oxumamaq mümükün olmur...Narahatlıqda əsas var.Məhkəmə iclası qapalı keçirilirsə,jurnalistin hansı məntiqlə qarşı tərəfin münasibətini öyrənmədən məsələnin ictimailəşdirməsi ağıla sığmır... ona görə də, jurnalistlərin sosial, siyasi, idman, kriminal dünya, təhsil, səhiyyə və s.sahələr üzrə ixtisaslaşması vacib məsələlrdəndir. Məsələn: hakimin hələ qüvvəyə minməmiş aktı olmadan kimisə cinayətkar, oğruluğu hələ sübuta yetməyən subyekti oğru və yaxud, narkoman barədə müvafiq rəy olmadan nəsə yazmaq, vəzifəli şəxslərin fəaliyyəti yoxlanılmadan sui-istifadələr, rüşvətxorluq və korrupsiya faktları ilə bağlı yazıları qarşı tərəfin münasibətini öyrənmədən tələm-tələsik ictimailəşdirmək qeyri peşəkarlığın “meyvəsidirsə”,faktların və hadisələrin səthi araşdırılması isə qeyri-komponentlikdən ərsəyə gələn səbəbli əlaqənin, hüquqi və ya digər sahələr üzrə  müvafiq biliyin olmamasının və yaxud, ixtisas üzrə biliyin azlığının nəticəsidir.

 
Bəzən məhkəmə zalından reportaj hazırlayanlar, növbəti nömrədə əyyaş, bulanıq həyat tərzi keçirən şou «qəhramanlarından» və yaxud «ulduzlarından» yazır. Gündəmdə qalmaq üçün ölkənin büdcəsindəki rəqəmləri guya təhlil edir. Təbii,bunu jurnalistikanın-kütləvi informasiya vasitələrinin institusional hissəsinə,cəmiyyətin çoxfunksiyalı sahəsinə aid etmək olmaz.  Faktlara səthi yanaşan jurnalistin hadisələrlə bağlı əldə etdikləri məlumatlar da səhih mənbələrə söykənməz,mənbənin  dərinliyinə baş vurmazsa hüquqi məntiqin labirintində ilişib qalacaq.

Amma başqa bir sual da meydana çıxır; Digər sahələr-sosial,iqtisadi,təhsil və mədəniyyət-incəsənət sahəsində,habelə məhkəmə fəaliyyəti haqqında reportajlar hazırlayan jurnalistə mühasibatlıq,iqtisadi və hüquqi savad lazımdırmı? Bəziləri, fərdi şəkildə məşğul olub müvafiq sahə üzrə bilik əldə edən jurnalistlər əks cavabı versələr də zənn edirəm ki, lazımdır. Hər bir sahə üzrə, eyni zamanda hüquq-mühafizə orqanlarının və məhkəmə fəaliyyətindən, qalmaqallı proseslərdən reportaj hazırlayanların müvafiq biliyə malik  olması arzu olunandır. Tarixdə klassik ənənələrdən və təcrübədən bəlli olur ki, jurnalist şəxsi mütaliənin köməyi ilə hüquqşünaslıq,habelə mühüm sosial-iqtisadi sahələr ilə bağlı müvafiq bilgi əldə edə bilir. Həmin dövrlərdə mütəxəssislərin  sayı da az olmuşdur. Lakin, müasir,sivil cəmiyyətin mövcud prosesləri fərqli olduğu kimi, proseslərin predmeti də mürəkkəb məsələlərin həlli ilə bağlı olduğundan jurnalistlərə qarşı ictimai tələb və qınaq düz və ağlabatandır. Ən azı jurnalist  kiçik və yaxud iri həcmli reportaj hazırladığı müəssisə və təşkilatlarda nə baş verdiyini anlamalı, buz dağının görünməyən tərəfinə baş vurmaqda israrlı olmalıdır.Mən belə düşünürəm.


Sırf jurnalist peşəsinə yiyələnənlər də azdır. Humanitar və ya texniki ixtisasa malik şəxslər sırasında müasir jurnalistikada möhürünü vuranlar da var.


Ümumiyyətlə, jurnalistika təhqiqat və tədqiqat,müəyyən sahələr üzrə araşdırmaların aparılmasına görə dövlət orqanlarına nisbətdə  fərqli fəaliyyət istiqamətlərində çalışsalar da məqsəd və ictimai maraq baxımından oxşar fəaliyyət istiqamətlərini həyata keçirirlər. Həmin fəaliyyət istiqamətlərinin personajları sırasında ələ alınan, kiminsə  iradəsindən asılı olanlar həmişə olmuş və olacaq. Bu, müasir cəmiyyətin qaraciyər xəstəliyi kimi təhlükəlidir.Ona görə də əgər, jurnalist təhqiq etdiyi faktları doğru-dürüst qələmə alırsa bu,dövlətin və cəmiyyətin xeyrinədir.


Haqqa söykənən hakim və həqiqəti yazan jurnalist,haqqa imza atan məmur əslində eyni, ümumi bir işi görürlər - ictimai marağı müdafiə edirlər! Eyni ilə də asılı jurnalist, hakim və məmur şəxsi maraqlara xidmət edən siyam- doğma qardaşdırlar. Bütün ölkələrdə belə hallar yaşanır və yaçanacaq. Cəmiyyət olduğu yerdə mütləq mənada cızığından çıxmaq mübahisəsiz olur. Məsələn: Böyük Britaniyada mətbuata dair şikayətlər üzrə  mili komissiyada sifarişli yazıların dərc edilməsi faktları statistikada ümumi şikayətlərin 0,3%-ni təşkil edir. Bunun əksi olaraq mətbuata qarşı da şikayətlər üzrə ictimai kollegiyada «sifarişli» ittihamlar az olmur. Sifariş xarakteri daşıyan yazıların motiv və məqsədlərini sübut etmək çətin olsa da sui-istifadələrin izi sezilir.


Son zamanlar müşahidələrim məni belə qənaətə gəlməyə vadar edir. Əksər oxucular kimi mən də bəzi jurnalistləri qeyri-dəqiq informasiyalardan istifadə etdiklərinə görə qınayıram. Konstitusiya üzrə hər bir vətəndaşın məlumat azadlığı var. Məxfi orqanların fəaliyyəti ilə bağlı məlumatlar istisna olmaqla jurnalist istənilən dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi informasiyanı almaq hüququna malikdir . Bunu tənzimləmək üçün müvafiq normativ  hüquqi baza da var. Belə şərait yaradılmışsa jurnalistin digər vasitələrlə yollar axtarması və qeyri-səhih məlumatı maraqlı şəxslərdən alıb yayması arzuolunan deyil.. Zorən bir formula-düstur ortalığa çıxır. Nə qədər səhih və mötəbər məlumatların alınması üçün normal şərait yaradılarsa,bir o qədər də həqiqətə  uyğun olmayan məlumatların yayılmasının qarşısı alınar-məhdudlaşacaq.


Cəmiyyətdə narahatlıq doğuran digər hal təhqiredici, böhtan xarakterli, habelə ictimai mənəviyyat əleyhinə  olan halları təbliğ və təşviq  edən məlumatların yayılmasıdır. Sanki, ictimai münasibətlərə zidd çağırışlar edilir. Xətalıdır! Qəbuledilməzdir!


Bir neçə gün bundan öncə ölkənin əski paytaxtı Gəncədə baş verən hadisələrlə bağlı ziddiyyətli məlumatların informasiya məkanında yer alması ictimaiyyət arasında çaşqınlıq,vahimə,bir fobiya yaratdı.Hhəqiqəti əks etdirməyən, qısasçılıqla, mənəviyyatsızlıqla müşaiyət edilən çirkin yazılar dərc olundu və «oxucuların» sayı da artdı. Doğrudanmı cəmiyyət belə məlumatlara “susamışdı”? İnanmıram! Bu, qeyri-ciddi saytların, qeyri-ciddi informasiya rəqabəti idi. Sovetin vaxtında belə hallar mümkün olmazdı. Ona görə ki, yazmaq mədəniyyəti və senzura varıydı. İndi isə «Mətbuat azadlığı» var. Deməli azadıq və sui-istifadələr üçün yer var?  Təsəvvür edin, Gəncə kimi ölkənin ikinci böyük şəhərinin Başçısına qəsd olunur, «biz»lər bunu az qala təqdir edir, bir saytda mühafizəçini «öldürürük», digərində müalicə edirik və Elmar Vəliyevlə bağlı qeyri-ciddi , müxtəlif və həqiqəti əks etməyən məlumatlar… Belə jurnalistika olmaz! … Nə qədər ki, istintaq gedir, həqiqət saydığımız faktları  belə, qeyd etməklə istintaqa prosesual niyyətdən kənara çıxmağa şərait yarada bilərik.  Elmar Vəliyevə edilən qəsd ümumi təhlükəli üsulla, qulluq mövgeyinə xitam vermək və s.niyyət ilə baş verən ağır və ya,  xüsusilə ağır cinayətdir. Amma faktları qabaqlamaq olmaz, istintaq gedir.

 
Təxminən 16 il bundan öncə şəxsi arxivimdə Krasnodar vilayətində nəşr olunan «Novaya qazeta»da «Lojis» Sud idyot»-“Uzan! Məhkəmə gəlir” başlıqlı  məhkəmə oçerki yadıma düşdü. Jurnalist məhkəmədə - mövcud prosesi yazdıqdan sonra ona başlıq tapa bilmir. Növbətçi müxbir fikirləşmədən yuxarıda  qeyd etdiyim «Lojis» Sud idyot» başlığını - məqalənin məzmunu  ilə heç bir əlaqəsi olmayan  və oxucunu çaşdıran sərlövhəni qeyd edir. Yazı böyük «skandala» səbəb olur. Eyni halı bizim bəzi sayt və qəzetlərdə dərc olunan yazılara da aid etmək olar. Sərlövhə yazının mətnindən bəhrələnməlidir. Başlıq yazının bətnindən doğulmalıdır! Və yaxud,yazı başlığa hamilə olmalıdır.


Son zamanlar dərc edilən bəzi informasiyalar daha çox aid olduğu müəssisə və təşkilatlara, təhsil ocaqlarına şəxsi maraqların təmin olunmasına təzyiq vasitəsi kimi diqqət çəkir. Mətbuat Şurasının şikayətlər komissiyasında tərəflərin iştirakı ilə belə məsələlərin araşdırılması zamanı sui-isifadələr qismən də olsa  üzə çıxır. Açığı,Azərbaycan Mətbuat Şurası məlumat,fikir və sözün ifadəsi azadlığı, məlumatların əldə edilməsi,istifadəsi istiqamətində Dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu dəyərlərin cəmiyyət tərəfindən qorunmasına səylə çalışır .Şura ictimai qurum olsa da kollegial birlikdir. Birgə qərarlar qəbul olunur. İdarə Heyətinin hər bir üzvü peşəkarlığı,altruist mövqeyi, dğvlətçiliyə, Azərbaycan xalqına sədaqəti ilə seçilən personalardır. Kollektiv çox iş görür. (Daha çox iş görmək üçün nizamnamə üzrə fəaliyyət istiqamətlərinin həyata keçirilməsində əlavələrin edilməsinə ehtiyac var.) Mən, arzulamazdım ki,bu çevrənin əhatəsində olan juurnalist soydaşlarımız həqiqəti yazan qələm sahıblərinin fəaliyyətinə təsir edəcək hallara yol versinlər.


Jurnalistin xoş məramla hər hansı bir obyektə sərbəst girişinə mane olmaq yolverilməzdir. Lakin qeyd etdiyim kimi hər şey ədalətlə qeydə alınarsa cəmiyyət xeyir görəcək. Hətta məhkəmə proseslərində jurnalistin iştirakı, qeydlərin  və audio yazıların aparılmasına sədd çəkmək olmaz. Qanun buna imkan verir. Hesab edirəm ki, Milli Məclisin sessiyalarında akkreditə olunmuş informasiya «məmur»ları necə iştirak edirlərsə məhkəmələrdə də proseslərə qatılmaq istəyən jurnalistlər üçün əlahiddə, məxsusi yerlər ayırmaq mümkündür. Bir sıra ölkələrdə məhkəmələrdə jurnalistlər üçün xüsusi zallar mövcuddur. Burada mətbuat  nümayəndələri müsahibə ala, redaksiyaya müvafiq materiallar göndərə bilərlər. Yeni məhkəmə binalarında prokuror, vəkil üçün necə şərait  yaradılırsa, mətbuat nümayəndələri üçün də eyni-bərabər şərait yaradılmalıdır. Mətbuat nümayəndələrinin bu məqsədlə akkreditasiyası Mətbuat Şurası tərəfindən hazırlanmalı və belə şəxslər fərqlənən vəsiqələrlə təmin edilməlidirlər.


Azərbaycan Respublikasının «KİV haqqında qanun»u bu mənada qeyri-adi bir qanundur. Ölkənin Konstitusiyası və KİV haqqında qanun «məlumat azadlığını, fikri və sözü ifadə etmək azadlığını hər bir vətəndaş üçün bəyan edir. Toxunulmaz, pozulmaz və ayrılmaz prinsipə əsaslanan azadlıqlar demokratik cəmiyyətlərin dayağı və cəmiyyətin hər bir üzvünün özünü realizə edə bilmək imkanının təzahürüdür Söz azadlığı təkcə «məlumat» və ya «ideyaları» əhatə  etmir. Səslənən və dərc olunan fikirlər bəzən ictimai ovqata təsir edib, narahatlıqla müşayət olunsa da, bəzən təhqir və böhtanla yadda qalır. Bu, demokratik cəmiyyətlərdə  pluralizmin, tolerantlığın və liberalizmin tələbi olsa da barışmaq olmur.


Mətbuat heç bir vaxt həddi aşmamalı, sərhədi pozmamalıdır. «Başqa şəxslərin reputasiyasını müdafiə etmək» bəhanəsi ilə müşayət olunsa belə, mətbuat yenə, qələmə xas mədəniyyət və  əxlaqla davranmalıdır, üzərinə düşən siyasi məsələlər üzrə ideya və məlumatların ictimai maraq kəsb edən problemlərin yayılması missiyasına məsuliyyətlə yanaşmalıdır.


Diqqət çəkən bir mühüm məsələ də var. Mətbuat subyektləri ilk öncə fikrini yazıya çevirən qələmə hörmət və ehtiramla yanaşmalıdırlar. Çünki, bütün səmavi kitablar da müqəddəs qələmlə yazılıb…


KİV-nin nümaynədələri məlumat, fikir və söz ,habelə informasiya azadlığına malik  olmaq hüquqi ilə, insan və vətəndaşların  hüquq və azadlıqları arasında «balansı təmin etməyi» bacarmalıdır. Yəni istənilər halda dərc olunan məlumatın mənbəyini redaksiyadan tələb etmək hüququ qaçılmaz olur. Əgər, başqa vasitələrlə mənbənin müəyyən olunması mümkün olmazsa məhkəmə vasitəsilə bunu tələb etmək olar.


Avropada təhlükəsizlik və Əməkdaşlıq təşkilatının 1 avqust 1975-ci il Helsinkidə keçirilən iclasının yekun aktında KİV-nin azadlığına aid olan  əsas prinsiplərin arasında «Din və inamı, vicdan, söz və fikir azadlıqlarını əks  etdirən insan hüquq və azadlıqlarına hörmət» prinsipi xüsusi olaraq qeyd edilir, (VII prinsip). Jurnalist əməkdaşlığının əsas istiqamətləri müəyyən olunur. İştirakçı dövlətlər də «insanların hüquq və əsas azadlıqlarına, Söz və fikir azadlığını, vicdan azadlığını, irqçiliyə fərq qoymamaq», eyni zamanda «vətəndaşların siyasi, iqtisadi, sosial, mülkü, mədəni və digər hüquq və azadlıqların səmərəli həyata keçirilməsi barədə öhdəlik götürmüşlər. Bütün sadalanan dəyərlər insan şəxsiyyətinə aid olan ləyaqətdən doğur və onun bütöv, hərtərəfli inkişafı üçün əhəmiyyətli  rol oynayır. Oxşar müddəa Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da (19.12.1966-cı il) qeyd edilmişdir. 19-cu maddədə fikirini ifadə etmək bir tərəfdən fikir azadlığını, digər tərəfdən məlumat azadlığını özündə ehtiva edir. Bu, fikir azadlığının özünə xas ikili təbiətindən doğur. Hər bir kəsin, heç bir mane olmadan öz fikirlərində qalmaq hüququ vardır. O, sərbəst olaraq müxtəlif məzmunlu informasiyanı almaq, axtarmaq və yaymaq hüququnu Beynəlxalq Paktdan (19 m. 2-ci hissəsi) fərqli olaraq Azərbaycan Konstitusiyası ilə də əldə edir. Hər iki normada ziddiyyət yoxdur,  müddəaların kolliziyasına yol verilmir.


Lakin, istər ölkə qanunvericiliyi, istərsə də beynəlxalq normalar (Paktın 19 m. 3-cü h.) fikrin ifadəsi azadlığında   (istifadəçi, əldə edən, yayan) tərəflər  üçün xüsusi vəzifə və xüsusi məsuliyyyət nəzərdə tutur. O, ardıcıl ola bilər, amma müəyyən məhdudiyyətlər  daxilində. Yəni ,mənim azad vətəndaş kimi məlumat və mətbuat azadlığım , onu axtarmaq, yaymaq hüququm var deyə hər şeyi sübyektiv düşüncəyə uyğun yaya bilərəm-düşünmək sadəlövhlükdür və  məsuliyyətin növləri üçün baza rolu oynaya bilər.


Sonda ABŞ-nın ikinci prezidenti Tomas Cefferson (1801-1809-cu illər) belə bir ifadə işlətmişdi: Əgər mənə “Qəzetsiz hakimiyyət”,və yaxud, “Hakimiyyətsiz qəzet”i seçmək imkanı verilsəydi,  tərəddüd etmədən ikincisini götürərdim- deyə cavab vermişdi.


Dövlətin təhdükəsizliyinə, ictimai qaydalara, mənəviyyata və əxlaqa zidd informasiyanı axtarıb tapmaq vaxtı öldürməkdən başqa bir şey olmadığı üçün, onu yaymaq jurnalistikaya - cəmiyyətin sosial institutuna və gündəlik informasiya məkanına ciddi ziyan verə bilər.


Özümüzü qorumaq  üçün ilk növbədə dövlətçiliyi və ətrafı qorumağa mükəlləf olmalıyıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır