Modern.az

Babək prospektindəki obyektlər təmir olunmuş yola zərər vurur

Babək prospektindəki obyektlər təmir olunmuş yola zərər vurur

27 İyul 2018, 15:09

2018-ci ilin fevral ayından təmirə bağlanan Babək prospektində tikinti-bərpa işləri davam etdirilir. Prospektdə eyni zamanda yolun kənarında yeni obyekt tikilir. Həmin obyektin tikintisi üçün istifadə edilən beton yolun yeni salınan hissəsinə tökülür və beləcə yeni yol istifadəyə verilməmiş yararsız hala düşür.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu və prospektdəki təmir işlərinin gedişi ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

A.Nəcəfli deyib ki, Babək prospekti bu ilin sentyabr ayında təhvil veriləcək:

“Artıq 8,7 kilometrlik yolun 5 kilometri təmir olunub. Qalan hissədə təmir işləri davam etdirilir. Hazırda təmir gedən hissədə hərəkət qismət məhdudlaşdırılıb. prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələr qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib”.

O qeyd edib ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib:

“Həmçinin, prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələrin tikintisi də nəzərdə tutulub”.

 

Prospektdəki yeni obyektin tikintisi zamanı asfalt örtüyünün zərər görməsinə gəlincə, AAYDA rəsmisi məsələyə yerində baxılacağını, bu halın təsdiqini tapacağı halda, lazımi xəbərdarlıq ediləcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi