Modern.az

Gəncənin deputatı şəhərdəki vəziyyətdən danışdı: “Elmar Vəliyevin qohumlarının məlumatına görə...”  

Gəncənin deputatı şəhərdəki vəziyyətdən danışdı: “Elmar Vəliyevin qohumlarının məlumatına görə...”   

Parlament

27 İyul 2018, 17:01

“Hazırda   Gəncədə durum sakitdir, həyat öz axarı ilə davam edir.  Ciddi gərginlik və ya hər hansı problem müşahidə edilmir”.

Bunu Gəncə şəhərinin deputatı Musa Quliyev  Modern.az saytına açıqlamasında deyib:


“Hüquq-mühafizə orqanları da öz işlərini görürlər. Və vaxtaşırı təxribatı törədənlərin   məhv edilməsi ilə bağlı cəmiyyətə məlumat verilir. Hər şey qaydasındadır”.

Deputat həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən də söz açıb:

“Elmar Vəliyevin qohumlarının verdiyi məlumata görə, onun səhhəti yaxşıdır. Müalicəsi plana uyğun  davam edir”.  

Xatırladaq ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İyulun 10-da isə Gəncədə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydanda kütləvi iğtişaş törədilib. Lakin polis əməkdaşları bu cəhdin qarşısını alıblar.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir