Modern.az

Tramp Moskvaya səfər etməyə hazırdır

Tramp Moskvaya səfər etməyə hazırdır

27 İyul 2018, 20:28

“ABŞ prezidenti Donald Tramp Moskvaya səfər etməyə hazırdır”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.

Məlumatda qeyd olunur ki, D.Tramp Rusiya prezidenti Vladimir Putindən rəsmi dəvət aldıqdan sonra səfər barədə rəsmi qərar verəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin həmkarı Donald Trampı paytaxt Moskvaya dəvət edib. Putin eyni zamanda Vaşinqtona da getməyə hazır olduğunu bildirib. Rusiya prezidenti bu barədə Cənubi Afrika respublikasında keçirilən BRICS sammitinin nəticələri haqda mətbuat konfransında bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır