Modern.az

Robert Köçəryan həbs olundu - YENİLƏNİB

Robert Köçəryan həbs olundu - YENİLƏNİB

Ölkə

28 İyul 2018, 00:41

İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində həbs qərarı çıxarılıb. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, məhkəmə Robert Koçaryan barəsində iki aylıq həbs qərarı verib.

“Robert Koçaryan iki ay müddətinə həbs edilib. Bundan əlavə heç nə deyə bilmərəm. Digər açıqlamalar sabah mətbuat konfransında veriləcək”, deyə R.Koçaryanın vəkili Aram Orbelən bildirib.

 

 İyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitutsion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.

 

20:42

 

Ermənistanda 1 mart qırğınları ilə əlaqədar təşkil edilən məhkəmə prosesi davam etdirilib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan həbs olunub.

Qeyd edək ki, məhkəmə qapalı keçirilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!