Modern.az

Leysan yağışlar 27 nəfərin həyatına son qoydu

Leysan yağışlar 27 nəfərin həyatına son qoydu

Dünya

27 İyul 2018, 20:54

Hindistanın şimal bölgəsində tüğyan edən güclü leysan yağışlar 27 nəfərin həyatına son qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində daha 12 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata əsasən, şiddətli yağıntılar çaylarda suyun səviyyəsini kəskin artırıb, daşqınlar nəticəsində bir çox yaşayış evləri dağılıb. Təbii fəlakətlə əlaqədar Uttar-Pradeş ştatında xilasedici əməliyyat başlayıb.

 

Hindistan Meteoroloji Xidməti ölkənin şimalında leysan yağışların davam edə biləcəyinə dair xəbərdarlıq yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!