Modern.az

Yerevan Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verib

Yerevan Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verib

4 Dekabr 2009, 13:49

 

“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olacaq”. Modern.az-ın “Armtoday.info” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Erməni Milli Konqresi bəyanat verib. Konqres Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Afina görüşünün nəticələrinə dair məlumat yayıb. Konqres rəsmiləri hesab edir ki, rəsmi Yerevan Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verib.

 

Bəyanatda bildirilir: “Dekabrın 1-də Afinada  56 ölkə XİN başçıları Şurasının iclasında Ermənistan Qarabağ nizamlanmasının əsas prinsipləri üzrə qısa vaxtda razılığın əldə olunması üçün öhdəlik götürüb. Razılıq Helsinki Yekun Aktının  3 əsas  prinsipi - güc və ya hədə-qorxu yolu ilə qüvvə tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqqədaratını təyin etməsinə əsaslanır. Beləliklə də Ermənistan ilk dəfə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına rəsmən razılıq verib. Ərazi bütövlüyü və öz müqqədaratını təyin etmə prinsiplərinin eyni vaxtda tətbiq olunması isə o deməkdir ki, Qarabağa nə qədər yüksək status verilsə belə, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşacaq, yəni Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olacaq”.

 

Konqresin bəanatında qeyd olunur ki, bu siyasətin əsası İstanbul sammitində keçmiş prezident Robert Köçəryanın imzası ilə qoyulub. Ermənistan İstanbul xartiyası ilə Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində nizamlamanın ümumi prinsipinə razılıq verib.  Afinada isə bu ümumi prinsip ilk dəfə olaraq Qarabağ münaqişəsinə münasibətdə konkretləşib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir