Modern.az

Türkiyədə bədəlli əsgərlik sistemində önəmli DƏYİŞİKLİK

Türkiyədə bədəlli əsgərlik sistemində önəmli DƏYİŞİKLİK

Dünya

28 İyul 2018, 11:51

Türkiyədə orduda xidmət üçün nəzərdə tutulmuş və yeni qəbul edilmiş bədəlli əsgərlik qanunu dəyişdirilə bilər.

 

Modern.az Hürriyet nəşrinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni bir əsgərlik sistemi üzərində işlər aparıldığını bildirib.

Türkiyədə hər hərbiyə çağırışçıların sayı durmadan artır və ordu bu qədər hərbçiyə ehtiyac duymur.

 

Həmçinin bu qədər hərbçini də büdcəyə təsiri və bəzi insanların müxtəlif səbəblərdən hərbi xidmət çəkmək istəməməsi nəzərə alınaraq bədəlli əsgərlik qanunu qəbul edilmişdi.

Yeni sistemdə isə bütün bu məsələləri nəzərə alaraq xidmət müddətində də dəyişiklilər edilə bilər.

Belə ki, hazırda hər qrup üçün fərqli xidmət müddəti nəzərdə tutulub. Yeni sistemdə isə hər kəs üçün bir müddət tətbiq ediləcək.

 

Beləliklə hər kəs 3 aylıq əsas hərbi təlimləri mənimsədikdən sonra daha 6 ay xidmət aparmalı olacaq.

Lakin burada bədəlli əsgərlik də nəzərə alınaraq əsas hərbi təlimlərdən sonra istənilən şəxs lazımi məbləği ödəyərək xidmətdən azad oluna bilər.

Yəni əsgərlik müddəti hər kəs üçün ümumi 9 ay müəyyən olunacaq.

3 aylıq təməl hərbi təlimlərdən sonrakı 6 aylıq xidmət üçün qalmaq istəyənlər aylıq əmək haqqı ilə təmin olunacaq.

 

Qalan hərbçilərin əmək haqlarının minimum əmək haqqı sistemi ilə müəyyən ediləcəyi bildirilir.

Bundan əlavə sonrakı 6 aylıq xidmət dövrü üçün ictimai sahələrə xidmət seçiminin də gündəmə gətiriləcəyi ehtimal edilir.

 

Bunun üçün ictimai sahələrdə müəllimlik və həkimlik kimi peşələr nəzərdə tutula bilər.

Yəni istəyiniz üzrə xidmətinizi təbii ki, təhsil aldığınız sahə nəzərə alınaraq müəllim və ya həkim olaraq davam etdirə bilərsiniz.

 

Qeyd edək ki, bütün bu yeniliklər barədə hələ ki heç bir rəsmi açıqlama verməyib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi