Modern.az

Şəki məktəblisi 700 bal topladı - FOTO

Şəki məktəblisi 700 bal topladı - FOTO

28 İyul 2018, 20:59

Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib. Modern.az xəbər verir ki, 700 bal toplayan abituriyentlərdən biri də Şəki məktəblisidir. Belə ki, Şəki şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseyinin  məzunu Nərmin İsmayılova Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 bal toplayıb.

III ixtisas qrupu üzrə 700 mal toplayan digər 2 abituriyent Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü lisey və  Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbinin məzunudur.

İmtahanda II ixtisas qrupu üzrə isə Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu  700 bal toplayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir