Modern.az

Sərnişin avtobusu aşdı: 12 yaralı

Sərnişin avtobusu aşdı: 12 yaralı

28 İyul 2018, 21:13

Rusiyada sərnişin avtobusu aşıb. Modern.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Moskva vilayətində, Domodedovo rayonunda baş verib. Hadisə zamanı 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8-i xəstəxanaya yerləşdirilib.

 

Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus yol kənarındakı küvetə - xəndəyə aşıb. Hadisə zamanı avtobusda 27 sərnişin olub. Onlardan 4-ü uşaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir