Modern.az

Şimal bölgəsində meşə yanğınının qarşısı alındı

Şimal bölgəsində meşə yanğınının qarşısı alındı

Aktual

29 İyul 2018, 10:48

Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, tüstülənmə davam edir, açıq alov müşahidə olunmur.

Hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə işləri mürəkkəb relyefli yüksək dağ massivində aparılır. Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!