Modern.az

Bu il 29 nəfər imtahanlarda 700 bal toplayıb  

Bu il 29 nəfər imtahanlarda 700 bal toplayıb   

29 İyul 2018, 16:30

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə keçirilən builki qəbul imtahanlarını yekunlaşdırdı.

Dünən sonuncu - iyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imyahanlarının da nəticələri elan olundu.

Məlum oldu ki, sonuncu qəbul imtahanlarında 4 nəfər ( II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Modern.az saytı builki yaz və yay qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin ümumi sayını dəqiqləşdirib. Məlum olub ki, bu il 29 nəfər 700 bal toplayıb.

Belə ki, mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən yaz  imtahanının nəticələrinə görə, 7 nəfər 700 bal toplayıb.

Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçirilmiş yaz imtahanlarında 3 nəfərin nəticəsi maksimal olub – 700 nəfər.

İyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən yay imtahanlarında 15 nəfər 700 bal toplayıb.

Və iyulun 26-da II və III ixtisas qrupları üzrə yay qəbul imyahanlarında 4 nəfər ən yüksək nəticəyə nail olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir