Modern.az

İranda dollar yeni rekorda yüksəldi

İranda dollar yeni rekorda yüksəldi

29 İyul 2018, 20:01

İranda dollara təlabat artdığından İran milli valyutası qarşısında daha da dəyər qazanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda sərbəst bazarda 1 dollar 10 min tüməndən baha olub.

 

Məlumata görə, İranda son bir neçə aydır yüksəlişi dayanmayan dollar bazarda 10 min 700 tümənə dəyişdirilir.

 

Avro 12 min 650 tümən, 1 türk lirəsi isə 2 min 250 tümən dəyərindədir.

 

İranda dolların qısa müddət ərzində 4 mindən 7 min 500 tümənə yüksəlməsindən sonra Prezident Həsən Ruhaninin hökuməti apreldə dolların 4 min 200 tümədə sabit saxlanılmasına qərar vermiş və sərbəst bazarda alğı-satqı qadağan etmişdi.

 

Dolların qəfil artımından əziyyət çəkən ticarətçilər bir müddət əvvəl küçə aksiyaları keçirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər