Modern.az

Jurnalistə qarşı kiber təxribat

Jurnalistə qarşı kiber təxribat

29 İyul 2018, 23:23

“Yeni Müsavat” Medi Qrupunun əməkdaşı Elşən Məmmədəliyevə qarşı feysbuk üzərindən böhtan xarakterli məlmatlar yayılır. Modern.az xəbər verir ki, jurnalist həmçinin təhqir olunur. E.Məmmədəliyevin musavat.com-a bildirdiyinə görə, onun haqqında Agridag İrevan adlı profildən böhtan və söyüş xarakterli məlumatlar yayılır.

 

“Həmin profildən bu gün günorta mənə mesaj yazıldı. “Yeni Müsavat” qəzetində çalışıb-çalışmamağım haqqında suallar verdi. Sonradan sosial şəbəkədə olmadım. Bir qədər əvvəl isə jurnalist dostlar yazdılar ki, həmin profil guya mənim hansısa bir erməni ilə gizli yazışmamı ortaya qoyub. Bu böhtanın kim tərəfindən edildiyini bilmirəm. Bütün facebook dostlarımdan xahiş edirəm ki böhtana uymasınlar. Hüquq mühafizə orqanlarından xahişim budur ki, məsələni araşdırsınlar. İş günü olmadığından sabah hüquq mühafizə orqanlarına məlumat verərək tədbir görülməsini xahiş edəcəyəm”.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a bildirilib ki, sabahdan etibarən bu məsələ nəzarətə götürüləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir