Modern.az

Allahverdi Bağırovun qızı ETİRAZ ETDİ: “Videodakı başdaşı atama aid deyil, diqqətli olun!” 

Allahverdi Bağırovun qızı ETİRAZ ETDİ: “Videodakı başdaşı atama aid deyil, diqqətli olun!” 

30 İyul 2018, 10:00

“Atamın qəbrinin ermənilər tərəfindən dağıdılması xəbərini İnstagram səhifəsində gördüm. Ailəsi olaraq yalan məlumatların sosial şəbəkələrdə yayılması bizə pis təsir edib. Bu cür həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına necə yol verirlər axı?!”.


Bunu Modern.az-a açıqlamasında Milli Qəhrəman Allahverdi Bağırovun qızı Zümrüd Bağırova atasının məzar daşının ermənilər tərəfindən dağıdılması xəbərinə münasibət bildirərkən deyib.

Zümrüd Bağırova  yayılan videodakı məzar daşının atasına aid olmadığını vurğulayıb:

“Atamın məzar daşını görəndə 6 yaşım vardı. Hadisəni dünənki kimi xatırlayıram. Atamın məzarı Ağdamdadır. Atamın başdaşı mərmərdən deyil. Adi dəmir parçasıdır.

Yayılan xəbərdə Razmik adlı erməninin adı keçir. Halbuki, o erməninin adı Razmik deyil. Bütün bunların hamısını çox yaxşı xatırlayıram. Çox xahiş edirəm ki, bu cür yanlış məlumatlar yaymasınlar. Hamımız çox narahatıq. Bizim hansı hisslər keçirdiyimizi anlasınlar”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bir məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbirdaşı ermənilər tərəfindən dağıdılıb. Bu barədə məlumatı ermənişünas İsmayıl Tanrıverdi də “Feysbuk” səhifəsində yazıb.

Guya bir qrup erməni Allahverdi Bağırovun qəbir daşını Xankəndi şəhərinin mərkəzinə aparıb və param-parça ediblər.


Modern.az-la əlaqə saxlayan İsmayıl Tanrıverdi məsələyə aydınlıq gətirib. O, bildirib ki, dağıdılan qəbirdaşı doğrudan da Allahverdi Bağırovun dəfn olunduğu yerdə olmayıb:


"Həmin abidə-qəbirdaşı Allahverdi Bağırovun şəhid olduğu yerdə vaxtilə onunla dostluq etmiş ermənilər tərəfindən - Razmik Petrosyanın təşəbbüsülə qoyulmuşdu, sonra da da bərpa edilmişdi. Ermənilər bu günlərdə onu aşkara çıxaranda qəzəblənərək, başdaşını Xankəndinə aparıb param-parça ediblər. Bunlar mənim paylaşdığım videodan da görünür".

 


Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır