Modern.az

Bu il 91 mindən çox abituriyent ixtisas seçəcək

Bu il 91 mindən çox abituriyent ixtisas seçəcək

Təhsil

30 İyul 2018, 11:27

"Bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq. Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək".

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, onlardan bəziləri V ixtisas qrupuna sənəd verənlərdir və I və IV qruplara imtahan verməyib:

"Onlar seçimə buraxılış imtahanları nəticəsi əsasında keçiblər. Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. Bu imtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək".


Mətbuat konfransında qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi internet vasitəsilə aparılır və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” linki günün ikinci yarısından etibarən aktiv ediləcək. Elektron ixtisas seçimi ərizələrinin təsdiqi avqustun 13-dək davam edəcək.

Məleykə Abbaszadə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunun dərc edildiyi Abituriyent jurnalının 4-cü buraxılışı, eləcə də abituriyentlərə kömək məqsədilə nəşr olunan “İxtisas seçimi zamanı nələrə diqqət  yetirməli?”  vəsaitləri haqqında məlumat verib. Sədr bildirib ki, II və III ixtisas qrupu üzrə imtahan verən abiturieyntlər üçün müvafiq vəsaitlər gün ərzində nəşr olunacaq və abituriyentlərin ixtiyarına veriləcək. 

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təsdiq etmiş abituriyentlərin sayı haqqında məlumat

I-IV qruplar üzrə

74438

Cəmi

91498

 

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanları tələb edən ixtisaslarına qəbul olmaq üçün xüsusi qabiliyyət imtahanlarına qeydiyyatdan keçən abituriyentlərin sayı haqqında məlumat: 

 

Təhsil səviyyəsi

Qeydiyyatdan keçən abituriyentlərin sayı

Abituriyentlər tərəfindən seçilmiş komissiyaların sayı

Bakalavriat və orta ixtisas (tam orta təhsil bazası)

8277

14015

O cümlədən,  

Bakalavriat - 10658

orta ixtisas (tam orta təhsil bazası)- 3357

Orta ixtisas (ümumi orta təhsil bazası)

2378

3086

Cəmi

10655

17101

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir