Modern.az

“Məryəm xanımın ailəsi, övladları olmadığından baxanı yox idi” - “İstiqlalçı deputat”la vida mərasimi keçirildi

“Məryəm xanımın ailəsi, övladları olmadığından baxanı yox idi” - “İstiqlalçı deputat”la vida mərasimi keçirildi

Mədəni̇yyət

30 İyul 2018, 12:52

“Hazırda Məryəm xanımın cənazəsini dəfn etmək üçün yola salırıq. Siyəzən onun ata yurdudur. Orada dəfn olunacaq”.

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı “İstiqlalçı deputat” Məryəm Həsənovanın  dəfni barədə danışarkən deyib.

Onun sözlərinə görə, Məryəm xanımın xəstəliyi son vaxtlarda ağırlaşmışdı.

“Son vaxtlarda Bakıda, bacısıgildə qalırdı. Ürək-damar xəstəliyindən əziyyət çəkirdi.  Ailəsi, övladları olmadığından baxan kimsəsi yox idi”.


Müsavat  Partiyasının başqan müavini istiqlalçı deputatın dəfninə gələnlərdən də söz açıb.


“Təəssüf ki, dövlət adamlarından kimsə gözə dəymir. Sabah Təzə Pir məscidində 3 mərasimi keçiriləcək. Bəlkə, o zaman kimlərsə dəfndə iştirak edə”.


Uzun illər Siyəzəndə müəllimə, orta məktəb direktoru vəzifəsində çalışan Məryəm Həsənova milli-azadlıq hərəkatının iştirakçılarından idi. O, 1990-cı ildə keçirilən parlament seçkilərində AXC-dən deputat seçilmiş.

M.Həsənova dünən vəfat edib. Bu gün Təzəpir məscidində mərhumla vida mərasimi keçirilib.

                

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır