Modern.az

İnsan üçün, insan kimi

İnsan üçün, insan kimi

30 İyul 2018, 13:43

 

Bəlli bir müddətdir ki, Polis Akademiyasını əlaçı bitirən kursantlara həm polis baş leytenantı rütbəsi verilir, həm də onlar harda qeydiyyatda olmalarından asılı olmayaraq  təyinatları öz öhdələrinə buraxılır. İllərdir ki, akademiyanı əlaçı bitirənlərə hər birimiz şahidlik edirik.

İndi də "Onlar hardadı və hansı xidmətdədirlər" sorağı ilə Polis Akademiyasını baş leytenant, özü də əlaçı bitirənlərin axtarışına çıxdıq. "Axtaran tapar" deyiblər. Axtardıq və tapdıq. Özü də paytaxtda yox, regionlarda.

 

Əvvəlcə Şirvanda polisin fəaliyyətindən razılığını ifadə edən vətəndaş məktublarından söhbət açdıq. Sonra yeni ideya barədə şöbə rəisi, polis polkovniki Hikmət Quliyevə deyəndə, gülümsədi və "Elə bizim Elmardan başlasanız" deməyi bir çox mətləblərə aydınlıq gətirdi. Daha doğrusu, rəisin "bizim Elmar " ifadəsi yazımın qəhrəmanının hər kəs tərəfindən sevilməsinə bir işarə idi.

Mən onu akademiyadan tanıyırdım. İntizamı, tərbiyəsi ilə həmişə fərqlənirdi. Hətta haqqında danışanda müıllimlər onu gələcəyə kreativ fikirlərlə baxan müdavim kimi xarakterizə edirdilər. O, Şirvan RPŞ-nin İstintaq bölməsinin rəisidir, polis mayorudur.

 

Beləliklə, gəlin yaxından tanış olaq.

Elmar Elman oğlu Quliyev 1986-cı ildə Bakı şəhərində, müəllim ailəsində dünyaya gəlib. Polis olmaq arzusunu valideynləri dəstəkləyib. 2003-cü ildə sənədlərini DİN-in Polis Akademiyasına verib və qəbul olunub. "Akademiyada təhsil almaq çətindir" deyənlərin əndişəsini sonra anlayıb. Çünki burada yaxşı oxumaqla bərabər nizam-intizam, tələblərə riayət etmək də kursantdan tələb olunurdu.

O, gecəsini-gündüzünə qatıb və özündən əvvəl akademiyanı əla qiymətlərlə bitirənlərin davamçısı olmağa söz verir.

2008-ci ildə akademiyanı fərqlənmə diplomu ilə bitirənlərin, polis baş leytenantı rütbəsi alma sevincini yaşayanların içində o da vardı.

Xətai RPİ-də müstəntiq kimi xidmətə başladı.  2010-cu ildə xidmət yeri dəyişdirildi BŞBPİ-nin İstintaq İdarəsində xidmətini davam etdirdi. 2011-ci ildən başlayaraq BDYPİ-də istintaqçı kimi çətin tapşırıqların öhdəsindən gəldi. Beş il burda çalışdıqdan sonra ona göstərilən etimadı bu dəfə Nəsimi RPİ-də baş müstəntiq kimi doğrultmağa çalışdı.

O, zəhmətin qiymətləndirildiyinin, biliyin, bacarığın insana baş ucalığı gətirdiyinin şahidi idi. DİN rəhbərliyinin onu Şirvan  RPŞ-yə İstintaq bölməsinin rəisi təyin etməsini böyük sevinclə qarşıladı.

 

On beş ildir ki, xidmətdədir. Bərkə-boşa düşüb, çətini də görüb, asanı da. Arxayınçılıq təbiətinə yaddır.  Bölmə rəisi kimi bu ilin altı ayı ərzində gördüyü işlərə də nəzər saldıq. Məlum oldu ki, müstəntiqlərin icraatında 168 cinayət işi olmuşdur. Onlardan 29-u ötən ildən qalmış, təhqiqat bölməsi tərəfindən 74 iş başlanmış, 13 iş şəhər prokurorluğundan, 7 iş işə digər polis orqanlarından daxil ölmüş, qalan işlər isə bu ilin müvafiq dövrü ərzində İstintaq orqanı tərəfindən başlanmışdır. Ümumilikdə 107 cinayət işinə nəticə verilmiş, 111 nəfər barəsində 94 iş tamamlanmış və ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmişdir. Dörd şəxs barəsində 13 işə xitam verilmişdir, 6 iş istintaq aidiyyatı üzrə göndərilmiş., 3 iş digər işlərlə birləşdirilmişdir. Hesabat dövründə 15 işin icraatı dayandırılmışdır....

 

Elmar Quluyev vətəndaşa təhlükədən yaxın olan həmkarlarına bunları arzulayır: öz savadlarına, onlara olan ümidlərə, bir də insanlara inansınlar, insanlara hörmət etsinlər...

 

Hafiz Təmirov,

Polis mayoru

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır