Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci il 1 mart hadisələrinə görə cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt prezident seçkilərinin nəticələrinə etiraz edən Levon Ter-Petrosyanın tərəfdarları ilə asayiş keşikçiləri arasında baş verən toqquşmalarda 8 etirazçı və 2 Daxili Qoşun əsgəri həlak olmuşdu.
Ermənistan Xüsusi İstintaq Xidməti Robert Koçaryanı bir qrup şəxslə konstitusion quruluşu devirməkdə ittiham edir və artıq onun barəsində 2 aylıq həbs qətiimkan tədbiri seçilib.
Amma Robert Koçrayan mühakimə olunan ilk dövlət başçısı deyil. Bundan əvvəl də prezidentlik səlahiyyəti bitəndən sonra bir çox siyasətçilər məsuliyyətə cəlb olunublar.
Modern.az həmin dövlət başçılarının siyahısını təqdim edir.
Slobodan Miloşeviç (Serbiya)
Həbs olunan prezidentlər arasında Serbiyanın ilk prezidenti Slobodan Miloşeviçin nümunəsi ən çox səs-küy qoparan epizodlardan sayılır. 2001-ci ildə növbəti prezident seçkilərini uduzan Miloşeviç hərbi cinayətlər və korrupsiya ittihamı ilə məsuliyyətə cəlb olunmuşdu. Keçmiş prezident keçmiş Yuqoslaviya üçün yaradılmış Beynəlxalq Tribunala verilmişdi. Miloşeviç üzərində məhkəmə işi bir neçə il davam etmişdi.
Sabiq prezidentin səhətində yaradılan problemlərə görə, məhkəmə 22 dəfə fasilə verməli olmuşdu. 2006-cı ilin martında Slobodan Miloşeviç Haaqa Tribunalının həbsxanasında ürək tutmasından vəfat etmişdi. Onun barəsində açılan cinayət işi bu səbəbdən bağlanıb.
Hüsnü Mübarək (Misir)
2011-ci ildə “Ərəb baharı”nın dalğası Misiri də sarmışdı. 1981-ci ildən ölkəyə rəhbərlik edən Hüsnü Mübarək inqilab zaman nümayişçilərə atəş açılmasına göstəriş verməsi ittihamı ilə ömürlük həbs cəzası almışdı. 2015-ci ildə bu ittihamlara korrupsiya və s. qanun pozuntuları da əlavə edilmişdi. Lakin onun yaşı və həbsxanada keçirdiyi müddət nəzərə alınaraq keçmiş prezident azad olunmuşdu. Onun mühakimə olunduğu zaman prezident səlahiyyətlərini icra edən Məhəmməd Mursi özü də həbsxanaya düşmüşdü. Hərbi çevriliş nəticəsində devrilən Mursi Qətərə casusluqda ittiham edilirdi.
Mursi ölüm cəzası almışdı. Amma bir müddət sonra onun cəzası ömürlük həbs cəzası ilə əvəzlənib.
Səddam Hüseyn (İraq)
1979-2003-cü illərdə İraqa rəhbərlik edən Səddam Hüseyn də ABŞ-ın müdaxiləsindən sonra məsuliyyətə cəlb olunub. Hakimiyyət illərində törətdiyi cinayətlərə görə, keçmiş liderə edam cəzası çıxarılmışdı. 2006-cı ildə həmin hökm icra olunmuşdu.
Luis İnasiu Lula və Dilma Rusef (Braziliya)
Braziliyanın keçmiş prezidenti Lula ölkənin ən böyük neft-qaz şirkəti “Petrobras”la bağlı korrupsiya işinə görə 12 illik həbs cəzası çəkir. Şirkət əlverişli müqavilələr imzalamaq üçün ayrı-ayrı dövlət məmurlarına böyük pullar ödəyirdi.
2016-cı ilin avqustunda o zaman prezident Dilma Rusefin də adı bu korrupsiya skandallarında hallanmışdı. Buna görə, Rusef ölkə senatı tərəfindən impiçment olunaraq, istefaya göndərilmişdi.
Pak Kın Xe (Cənubi Koreya)
Cənubi Koreyanın keçmiş prezident Pak Kın Xe (2013-2017) də məhkəmə qarşısına çıxıb. 2017-ci ilin martında korrupsiya skandalı ilə bağlı ona impiçment elan olunmuşdu. 2018-ci ilin aprelində isə vəzifə səlahiyyətlərini aşma, korrupsiya, dövlət sirrini yayma və s. ittihamlar əsasında Pak Kın Xeyə 24 il həbs cəzası verilib. Bundan başqa, o, büdcəyə 17,5 milyon dollar pul da qaytarmalıdır.
MDB məkanında isə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Ukraynanın keçmiş rəhbəri Viktor Yanukoviçə qarşı cinayət işi açılıb. Lakin hər iki şəxs ölkə xaricində olduqları üçün onlar barəsində yalnız qiyabi həbs qərarı mövcuddur.
Real TV bütün ölkəyə yayımlana bilər
DTX arxivi açdı: Tarixi əhəmiyyətli sertifikatlar təqdim olundu
Prezident Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı
Ankarada yeni kanal tikiləcək
İraqda İŞİD-i maliyyələşdirən gizli şəbəkə aşkarlandı
“Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır” – Gürcü siyasətçi
Avtobus qəzasında yaralananlardan 19-u xəstəxanadadır - Səhiyyə Nazirliyi
Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 faiz artıb
Ağdaşda canavarlar sürüyə hücum edib - FOTO
Suriyada PARTLAYIŞ - 15 ölü
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,4 faiz artıb
“Yuventus”un səhmləri “Atletiko”ya məğlubiyyətdən sonra ucuzlaşıb
Sumqayıtdakı qəzada yaralılardan biri hamilədir - RƏSMİ AÇIQLAMA
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri BDU-da
Sumqayıtda avtobus binaya çırpıldı - 31 sərnişin xəstəxanada
İnam Kərimov Sabirabadda sakinlərlə görüşəcək
Əbülfəs Qarayevin iştirakı ilə dəyirmi masa keçirildi
“Cavabdeh şəxslər barəsində tədbir görüləcək” - AÇIQLAMA
Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı
Nazarbayev hökuməti istefaya göndərdi
Bakıda iki bələdiyyənin sədri istefa verdi
“Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı”
Prezident onların da təqaüdünü artırdı
Yeni Milli Meşə Proqramının ilkin müzakirəsi aparılır
Azərbaycanda 7 minə yaxın Əfqanıstan veteranı var - Ruslan Auşev DTX-dakı tədbirdə
İŞİD-in nəzarətindəki sonuncu kənddə döyüşlər başladı - Qruplaşma tarixdən silinəcək?
Manat sabah bu məzənnədə olacaq
Xocalıdan olan ana Prezidentdən kömək istədi - MÜRACİƏT
Vətənə xidmət vəzifəsi
Dövlət Gömrük Komitəsi quzu əti ilə bağlı açıqlama yaydı
Əli Əhmədov Dünya Bankının regional direktoru ilə müzakirə apardı
Azərbaycan sərhədini pozmaq istəyən 5 əcnəbi saxlanıldı
Mehman Əliyevin atası vəfat edib
Kamal Abdulla Metin Yıldızla müzakirə apardı
İcra başçısı Ermənistanla sərhəddə səyyar qəbul keçirdi
Ülvi Quliyevdən gənclərə ÇAĞIRIŞ
ATƏT-də Xocalı məsələsi qaldırılacaq
Ağdamda Ermənistanın PUA-sı məhv edildi
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu mühüm qərarlar qəbul etdi
Venesuelanın Xarici İşlər nazirinin müavini ADU-da
Sarkisyanın qardaşının gizləndiyi ölkə məlum oldu
Magistraturaya qəbul imtahanı keçiriləcək
“Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirildi
Təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər - Birinci vitse-spikerdən ANONS
Növbədənkənar parlament seçkiləri keçirilməyəcək – Ziyafət Əsgərov
Almaniyada silahlı insidentdə 2 nəfər öldü
“Xalqa sevgi, vətənpərvərlik, humanizm...” - Deputatlar Mehriban Əliyevanın fəaliyyətindən DANIŞDILAR
Azərbaycanla Türkiyə Ermənistanla sərhəddə təlim keçirir
Bakı metrosunda daha bir YENİLİK
Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış
Şərh yaz