Modern.az

“Azərişıq” Qərb bölgəsinə mediatur təşkil etdi

“Azərişıq” Qərb bölgəsinə mediatur təşkil etdi

Aktual

30 İyul 2018, 15:13

İyulun 27-29-da Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi münasibəti ilə “Azərişıq” ASC müxtəlif KİV-ləri təmsil edən 20-dən artıq jurnalist üçün Qərb bölgəsinə mediatur təşkil edib.

 

Modern.az xəbər verir ki, iki günlük mediatur zamanı jurnalistlər Gəncə şəhərində, Göranboy, Mingəçevir, Gədəbəy və Göygöl rayonlarında olublar. Səfər çərçivəsində KİV nümayəndələri Goranboy rayonunda yerləşən “Dəliməmmədli” yarımstansiyasına baş çəkib. Həmin stansiya hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündədir. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatıka sistemləri ilə təchiz edilib və SCADA dispetçer sisteminə qoşulub.

 

“Dəliməmmədli” yarımstansiyasında qısa qapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik 6 reaktor qurğusu əlavə olunub. Yarımstansiya 110 kilovoltluq ikidövrəli “Gəncə-1” və 110 kilovoltluq “Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir. Bundan başqa, 35 kilovoltluq “Kürəkçay” və “Azad”, 10 kilovoltluq “Ağamalıoğlu”, “Nizami”, “Fəxralı”, “Göynüyən”, “Ferma”, “Səmədabad”, “Xoylu”, “Baxçakürd”, “Pambıq zavod”, “IV Subartezian” və “Qazaxlar” hava xətləri də məhz “Dəliməmmədli” yarımstansiyasından çıxır. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur. Bundan əlavə jurnalistlər Gəncə şəhərində yerləşən müasir tipli qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni “Nizami” yarımstansiyasına da baxış keçiriblər. Məlumat verilib ki, yeni stansiya 6 mindən artıq abunəçinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Bunların da 2300-dən çoxu əhali qrupuna aid abunəçilərdir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi