Modern.az

Tramp jurnalistlərə nifrət edir - SƏBƏB

Tramp jurnalistlərə nifrət edir - SƏBƏB

Dünya

30 İyul 2018, 15:20

ABŞ prezidenti Donald Tramp dəfələrlə jurnalistləri cəzalandırmaq istəyib.

 

Modern.az The Washington Post nəşrinə istinadən xəbər verir ki, prezident jurnalistlərin cəsarətli suallar verməsinə əsəbləşib və onların davranışı hörmətsizlik hesab edib.

ABŞ-ın nüfuzlu nəşri bu məlumatı Tramp administrasiyasının hazırkı və keçmiş vəzifəli şəxslərinə istinadən yayıb.

ABŞ prezidenti müxtəlif zamanlarda jurnalistlərin suallarına və ona qarşı münasibətlərinə görə öz köməkçilərinə qəzəblənib.

 

Ağ Ev rəhbəri, onları “saxta xəbərlər” və “vicdansız insanlar” adlandırıb.

 “Bu sual qışqıranlar ən pisləridir. Niyə onlar buradadırlar?” – nəşrin mənbələrindən biri Trampın söylədiklərini bu cür ifadə edib.

O hətta bu cür jurnalistlərin cəzalandırılmasını da tələb edib.

Nəşrin məlumatına görə prezidentin baş köməkçiləri onun bu tapşırığına etiraz ediblər. Onlar prezidentə mətbuatla münasibətləri pozmamağa və bunun pis nəticələrə gətirib çıxaracağını izah ediblər.

 

Bununla belə nəşrin məlumatına görə Ağ Ev jurnalistlərə qarşı cavab tədbiri görüb.

Belə ki, iyulun 25-də CNN-nin jurnalisti Keytlin Kollinsə Trampın qatıldığı tədbirlərdən birini işıqlandırmağa qadağa qoyulub. Bu tələbi Ağ Evin mətbuat katibi Sara Sanders telekanala bildirib.

Lakin bu tələb ABŞ mediasında böyük etirazlara səbəb olub. Hətta Trampın sevimli kanalı Fox News belə bu xəbərə biganə qalmayıb.

 

Ağ Ev Müxbirləri Birliyinin sədri Olivye Noks bundan sonra təşkilatın Trampın “onu incidən” jurnalistlərə qarşı bütün səylərinə etiraz edəcəklərini bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti ilə görüşünü şərh edərkən bunun “saxta xəbərlər” və “vicdansız insanlar” adlandırdığı jurnalistlərin məğlubiyyəti olduğunu qeyd edib.

 

Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?