Modern.az

Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib

Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib

Allah rəhmət eləsi̇n

30 İyul 2018, 19:28

Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli bəstəkar Xəyyam Mirzəzadə vəfat edib.

Modern.az xəbər verir ki, Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

 

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır