Modern.az

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli yenə dəyişdirilir

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli yenə dəyişdirilir

31 İyul 2018, 09:19

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müvəqqəti olaraq dəyişdirilir.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, dəmir yolunun Biləcəri-Xırdalan mənzilində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, 2 avqustdan 7 avqustadək “Texniki fasilə” verilir.

Bununla əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli 2 avqustdan 7 avqustadək dəyişdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir