Modern.az

Övladlarının qovduğu 70 yaşlı kişi Qocalar evinə yerləşdirildi

Övladlarının qovduğu 70 yaşlı kişi Qocalar evinə yerləşdirildi

31 İyul 2018, 09:23

Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctiamiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov bildirib.

O qeyd edib ki, Yaşar Quliyevin Qocalar evinə yerləşdirilməsində heç bir problem yaranmayıb:

“Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan videoda (//www.youtube.com/watch?v=uv8pNHTirfg) Yaşar Quliyev Qocalar evinə qəbul edilmədiyini desə də, onun həmin müəssisəyə heç müraciət etmədiyi müəyyən olunub. Nazirlik əməkdaşları həmin videodan sonra Yaşar Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin ediblər”.

Nazirlik rəsmisi deyib ki, Y.Əliyev bundan sonra  orada tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir