Modern.az

Bakı Nəqliyyat Agentliyi avtobuslarda keyfiyyətli xidmətə söz verir

Bakı Nəqliyyat Agentliyi avtobuslarda keyfiyyətli xidmətə söz verir

31 İyul 2018, 13:15

“İctimai nəqliyyatda gediş haqqı artımı nəqliyyat sektorunun inkişafına və xidmətin yüksəldilməsinə təsir edəcək”.

Bunu Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib

 

M.Ağayevin sözlərinə görə, nəqliyyat sektorunda fəliyyət göstərən hüquqi və fiziki şəxslərin təhlükəsiz və keyfiyyətli sərnişindaşıma işinin təşkilinə daha ciddi yanaşılacaq:

 

“Marşrut avtobuslarında gedişhaqqı tariflərinin artırılması sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə imkan verir ki, onlar istehsalat bazalarını, avtobus parklarını yeniləsinlər, daha keyfiyyətli və rahat sərnişindaşıma xidməti göstərsinlər. Bütün bunlar olacağı təqdirdə, sərnişindaşıma sektorunda vətəndaşlar daha keyfiyyətli xidmətlə təmin olunacaqlar”.

 

O eyni zamanda deyib ki, bütün müntəzəm marşrut xətləri üzrə daşıyıcılar kartlı ödəniş sisteminə keçidi sürətləndirməlidirlər:

“Vətəndaşa rahat və təlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini hər zaman qarşımıza prioritet məqsəd olaraq qoymuşuq. Bu səbəbdən də işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut xəttlərindən kənarlaşıdırılacaq”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır