Modern.az

Jurnalist övladları da ali məktəblərdən ixtisas seçirlər - SİYAHI

Jurnalist övladları da ali məktəblərdən ixtisas seçirlər - SİYAHI

31 İyul 2018, 13:54

Dünəndən ali məktəbələrə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçiminə başlayıb.


İxtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılacaq.


Modern.azsaytının məlumatına görə, ixtisas seçəmi edən abituriyentlər arasında jurnalist övladları da var.




“Şərq” qəzetinin redaktoru Yusif Nəzərlinin oğlu Turan
qəbul imtahanlarında 629 bal toplamaqla ixtisas seçimində üstünlük qazanıb.




Lent.az saytının redaktoru Kəmalə Quliyevanın oğlu İnqilab
da ixtisas seçən abituriyentlər sırasındadır.



"Cümhuriyət" qəzetinin redaktoru Elman Cəfərlinin qızı Çilənay
yay imtahanında yaxşı bal yığıb – 516. Onun seçəcəyi ixtisaslar əsasən İqtisad Universiteti ilə Azərbaycan Turizm və Menecment Universitetindən olacaq.



Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin oğlu Murad
topladığı balla tələbə adı qazanmağa namizəddir. 




"Fed.az" saytının rəhbəri Əli Əhmədovun qızı Maya Əhmədzadə
ali məktəblərə hələ yaz qəbul imtahanında 694 bal toplayıb. Onun istədiyi ixtisası seçə biləcəyi şübhəsizdir. 



"Oxu.az" saytının parlament müxbiri Kamil Həmidovun qızı Məleykəxanım Əzim Əzimzadə adına İncəsənət Kollecinə qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir