Modern.az

Şimali və Cənubi Koreya razılıq əldə etdi

Şimali və Cənubi Koreya razılıq əldə etdi

31 İyul 2018, 15:42

Şimali və Cənubi Koreyanın hərbi rəhbərliyi aparılan danışıqlarda bir sıra məsələlərdə razılığa gələ biliblər.

 

Modern.az Yonhap agentliyinə istinadən xəbər verir ki, yaxın zamanlarda iki ölkə arasındakı mühafizə postlarının ləğv edildiyi müvəqqəti rejim tətbiq edilə bilər.

 

Tərəflər həmçinin iki ölkə arasındakı demilitarizasiya zonasındakı ölən əsgərlərin qalıqlarının öyrənilməsi üçün ümumi razılıq əldə ediblər.

 

Postların ləğv edilməsi ölkələr arasındakı sərhəd xəttlərini formal şəklə gətirəcək.

 

Xatırladaq ki, Koreya respublikası bu ərazidə 60, Şimali Koreya isə 160 mühafizə postu saxlayır.

Qeyd edək ki, iyunun 14-də son ol ildə ilk dəfə olaraq hər iki tərəf generallar səviyyəsində danışıqlara getməyi qərara alıb.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir