19 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Fədayə Laçın “Qoca”ya kömək etməyinin sirrini açdı: “Bir-birimizi sevirdik”
Fədayə Laçın “Qoca”ya kömək etməyinin sirrini açdı: “Bir-birimizi sevirdik”
31.07.2018, 16:11

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadə məlum olub.

 

Modern.az APA-ya istinadən  xəbər verir ki, istintaqa ifadəsində F. Laçın qatardan qaçan və sonradan zərərsizləşdirilən "Qoca” ləqəbli Etibar Məmmədovla münasibətlərindən danışıb.

 

O deyib ki, E. Məmmədovu 2013-cü ildən tanıyır: "Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Etibarı onda tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam. Təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarından adı yadımda qalmayan şəxs mənə Hacıqabul rayonunda bir nəfərin ad günündə 1-2 saatlıq oxumağı təklif edib. Mən də həmin müğənni yoldaşın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisdə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadə etdiyim mobil nömrəni ona verdim. Aradan təxminən 10 gün keçəndən sonra "votsap”da mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. Mənə “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən”, - məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda “Salam Etibar, necəsən, dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.

 

2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan F. Laçın bildirib ki, həmin il noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli adlı şəxslə və “Tahir Maqa” ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefonla danışmağa başladı”.

 

Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə E. Məmmədovla görüşüb, həmin görüşə tək gedib. O qeyd edib ki, Lerik rayonunda konsertdə olan zaman E. Məmmədovun iyulun 2-də qatarla Lənkərana gələcəyi ona məlum idi: “2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi istədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər məni bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq. 2017-ci ilin avqustunda Etibar mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibarın hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsində dəmir barmaqlıqlar, pərdə vardı. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aid olub. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

 

F. Laçın qeyd edib ki, təxminən sentyabr ayında ona E. Məmmədovun Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: “Aqil telefonu konfrans edərək Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum".

 

F. Laçın deyb ki, E. Məmmədov ondan dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açarı taparaq onun dostu Aqilə verməyini xahiş edib: "Məsələ burasında idi ki, Etibar bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işlədiyini bilirdi. Etibarın bu istəyini icra edəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar “Votsap”la mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət mənimlə küsdü və danışmadı. Sonra ona dedim ki, açar bir nəfər adım da var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil ona zəng edib. Aqilin mobil telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

 

F. Laçının sözlərinə görə, E. Məmmədov bir neçə gün sonra həmin açarı qatardan qaçmaq üçün istifadə edib: “Bundan sonra telefonumun yaddaşından Etibar Məmmədovla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bacım Tellinin Etibarın qaçması planından xəbəri olmayıb”.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək
19.12.2018, 13:30

Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək

“Dərslik müəllifləri kurikulum sisteminə istinad etməməlidir” - TƏKLİF   
19.12.2018, 13:21

“Dərslik müəllifləri kurikulum sisteminə istinad etməməlidir” - TƏKLİF  

Gələn ildən bu təşkilatlar elektron qaimə-faktura təqdim etməyəcəklər - SİYAHI
19.12.2018, 13:20

Gələn ildən bu təşkilatlar elektron qaimə-faktura təqdim etməyəcəklər - SİYAHI

Şamaxıda ağır qəza: sürücü və qızı yaralandı, arvadı öldü
19.12.2018, 13:13

Şamaxıda ağır qəza: sürücü və qızı yaralandı, arvadı öldü

Facebook istifadəçiləri haqda şəxsi məlumatlar 150 şirkətə sızdırılıb - QALMAQAL
19.12.2018, 13:11

Facebook istifadəçiləri haqda şəxsi məlumatlar 150 şirkətə sızdırılıb - QALMAQAL

Dövlət Sosial Müdafiə Fondu vergi yayındırılmasından ildə 1,5 milyard itirir
19.12.2018, 13:10

Dövlət Sosial Müdafiə Fondu vergi yayındırılmasından ildə 1,5 milyard itirir

Hava XƏBƏRDARLIĞI – yağış, qar, daşqın
19.12.2018, 13:03

Hava XƏBƏRDARLIĞI – yağış, qar, daşqın

Sahibkarlıq subyektlərinin meyarları müəyyən edilib
19.12.2018, 13:01

Sahibkarlıq subyektlərinin meyarları müəyyən edilib

Sabahın havası - güclü külək əsəcək
19.12.2018, 13:00

Sabahın havası - güclü külək əsəcək

Milli Məclis MÜRACİƏT yayacaq   
19.12.2018, 12:58

Milli Məclis MÜRACİƏT yayacaq  

Varis “2018-ci ilin yazıçısı” elan olundu   
19.12.2018, 12:55

Varis “2018-ci ilin yazıçısı” elan olundu  

Bakı Ali Neft Məktəbi və BP-nin birgə layihəsinin növbəti buraxılışı oldu
19.12.2018, 12:53

Bakı Ali Neft Məktəbi və BP-nin birgə layihəsinin növbəti buraxılışı oldu

Deputatdan qiymətlərlə bağlı Tarif Şurasına ÇAĞIRIŞ: “Kefləri nə istəyir...”   
19.12.2018, 12:49

Deputatdan qiymətlərlə bağlı Tarif Şurasına ÇAĞIRIŞ: “Kefləri nə istəyir...”  

Şəhidlərlə bağlı yaradılan təşkilat qeydiyyatdan keçdi
19.12.2018, 12:47

Şəhidlərlə bağlı yaradılan təşkilat qeydiyyatdan keçdi

Bakı ətrafında yeni həbsxana şəhərciyi salınacaq   
19.12.2018, 12:45

Bakı ətrafında yeni həbsxana şəhərciyi salınacaq  

Bakıda avtobusun vurduğu qadın öldü  
19.12.2018, 12:29

Bakıda avtobusun vurduğu qadın öldü  

ADU-da nələr baş verir? - Mətbuat xidmətindən AÇIQLAMA
19.12.2018, 12:24

ADU-da nələr baş verir? - Mətbuat xidmətindən AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyindən sahibkarlara XƏBƏRDARLIQ
19.12.2018, 12:14

Qida Təhlükəsizliyi Agentliyindən sahibkarlara XƏBƏRDARLIQ

Azərbaycanda təhsil sahəsində qadınlar kişiləri qabaqlayır
19.12.2018, 12:05

Azərbaycanda təhsil sahəsində qadınlar kişiləri qabaqlayır

“ASAN xidmət”in yeni siması 
19.12.2018, 11:57

“ASAN xidmət”in yeni siması 

Bu il ölkədə 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib
19.12.2018, 11:48

Bu il ölkədə 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib

Ermənilər Qarabağda hərbi təlimlər keçirib – FOTOLAR
19.12.2018, 11:44

Ermənilər Qarabağda hərbi təlimlər keçirib – FOTOLAR

Polis metroda cibgirləri yaxaladı
19.12.2018, 11:40

Polis metroda cibgirləri yaxaladı

KİVDF qaydaları dəyişdi: qəzetlərə maliyyə yardımı 30 min olacaq
19.12.2018, 11:37

KİVDF qaydaları dəyişdi: qəzetlərə maliyyə yardımı 30 min olacaq

Neft UCUZLAŞIR – Bəs biz nə edəcəyik?
19.12.2018, 11:26

Neft UCUZLAŞIR – Bəs biz nə edəcəyik?

İlham Əliyev Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
19.12.2018, 11:13

İlham Əliyev Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

Ədliyyə orqanlarına işə qəbul müsabiqəsi elan edildi
19.12.2018, 11:11

Ədliyyə orqanlarına işə qəbul müsabiqəsi elan edildi

14 növ xidməti özündə birləşdirən Flexhouse sistemi
19.12.2018, 11:00

14 növ xidməti özündə birləşdirən Flexhouse sistemi

Rusiya kəşfiyyatı: “Bakıda mitinqçilər məxfi sənədləri ələ keçirmək istəyirdilər”
19.12.2018, 10:59

Rusiya kəşfiyyatı: “Bakıda mitinqçilər məxfi sənədləri ələ keçirmək istəyirdilər”

Gələn ildən 500 mindən çox vətəndaş 7 il əməkhaqqıdan gəlir vergisi ödəməyəcək
19.12.2018, 10:55

Gələn ildən 500 mindən çox vətəndaş 7 il əməkhaqqıdan gəlir vergisi ödəməyəcək

Reynaldo rəsmən “Qarabağ”da
19.12.2018, 10:44

Reynaldo rəsmən “Qarabağ”da

Şamaxı Rəsədxanası: Qış fəsli Azərbaycana 22 dekabrda daxil olacaq
19.12.2018, 10:41

Şamaxı Rəsədxanası: Qış fəsli Azərbaycana 22 dekabrda daxil olacaq

Son 5 ildə 18 mindən çox müəllim işə qəbul olunub       
19.12.2018, 10:39

Son 5 ildə 18 mindən çox müəllim işə qəbul olunub     

Azərbaycan İlahiyyat İnstitutu Marmara universiteti ilə əməkdaşlığa başlayır  
19.12.2018, 10:35

Azərbaycan İlahiyyat İnstitutu Marmara universiteti ilə əməkdaşlığa başlayır  

Azərbaycanda qeyri-adi nəhəng ticarət kompleksi – VİDEO
19.12.2018, 10:24

Azərbaycanda qeyri-adi nəhəng ticarət kompleksi – VİDEO

Los Ancelesdəki baş konsulumuz: “Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir” - VİDEO
19.12.2018, 10:10

Los Ancelesdəki baş konsulumuz: “Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir” - VİDEO

Yol polisi sürücü və piyadalara ÇAĞIRIŞ ETDİ
19.12.2018, 10:04

Yol polisi sürücü və piyadalara ÇAĞIRIŞ ETDİ

Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini HƏLL ETDİ   
19.12.2018, 09:50

Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini HƏLL ETDİ  

Cəbhədə atışma oldu
19.12.2018, 09:48

Cəbhədə atışma oldu

2019-cu ildə keçiriləcək imtahanların vaxtı açıqlandı
19.12.2018, 09:38

2019-cu ildə keçiriləcək imtahanların vaxtı açıqlandı

Şaxta baba və Qar qız olmaq istəyənlər 60 manat ödəməlidir
19.12.2018, 09:35

Şaxta baba və Qar qız olmaq istəyənlər 60 manat ödəməlidir

İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı
19.12.2018, 09:24

İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı

Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi
19.12.2018, 09:24

Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi

Axtarışda olan şəxsi polis saxladı
19.12.2018, 09:08

Axtarışda olan şəxsi polis saxladı

Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi
19.12.2018, 09:06

Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi

“Futbolumuzun anası ağlar qalıb!” - İdman jurnalistlərindən AFFA-ya ŞOK İTTİHAMLAR
19.12.2018, 08:52

“Futbolumuzun anası ağlar qalıb!” - İdman jurnalistlərindən AFFA-ya ŞOK İTTİHAMLAR

Bakıda gənc qız itkin düşüb
19.12.2018, 08:33

Bakıda gənc qız itkin düşüb

Manatının MƏZƏNNƏSİ dəyişdi?
19.12.2018, 08:20

Manatının MƏZƏNNƏSİ dəyişdi?

Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub
19.12.2018, 00:46

Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO
19.12.2018, 00:29

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO

ARXİV