Modern.az

Avropa ölkələrini sualtı elektrik xətti birləşdirəcək

Avropa ölkələrini sualtı elektrik xətti birləşdirəcək

31 İyul 2018, 23:08

İspaniya, Fransa və Portuqaliya Biskay körfəzində dənizin dibindən elektrik xəttinin çəkilməsinə dair razılaşma əldə ediblər. Modern.az xəbər verir ki, Pireney yarımadası ölkələri bu irimiqyaslı layihənin köməyi ilə energetika sisteminin təcridinə son qoymaq istəyirlər.

 

Məlumata görə, üç ölkənin liderləri Lissabon sammitində görüşərək Fransa və İspaniya arasında 370 kilometr uzunluğunda sualtı xəttin çəkilməsinin birgə maliyyələşdirilməsi barədə saziş imzalayıblar. Avropa Komissiyası elektrik xəttinin çəkilməsinə 578 milyon avro ayıracaq. Layihənin büdcəsinin təqribən 30 faizini təşkil edən həmin vəsait Avropa İttifaqında energetika layihəsinə yatırılan ən böyük məbləğdir.

 

Elektrik xəttini 2025-ci ildə istifadəyə vermək planlaşdırılır. Bu, Fransa ilə İspaniya arasında elektrik enerjisi dövriyyəsini iki dəfə artıracaq.

 

İspaniya və Portuqaliya uzun illərdir öz energetika sistemlərinin təcridinə son qoymağa və Avropanın əsas enerji və qaz nəqli sistemlərinə qoşulmağa çalışırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi