Modern.az

İnam Kərimovun 100 günü  

İnam Kərimovun 100 günü    

İqtisadiyyat

1 Avqust 2018, 08:18

(21.04.2018 - 01.08.2018)


1. Sovet və müstəqillik dövründə ən gənc, qeyri-peşə ixtisaslı kənd təsərrüfatı naziri oldu;

2. 23 aprel 2018-ci ildə kollektivə təqdim edildi, düzgün - səmərəli idarəçilik, kəndli fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi kimi fəaliyyət prinsiplərini elan etdi;

3. Aprelin 30-da “Aqrolizinq” ASC-nin fəaliyyəti ilə tanış oldu, mayın 2-də ASC sədri Elşən Məmmədovu vəzifəsindən azad, 33 yaşlı Seymur Mövlayevi isə yeni sədr təyin etdi;

4. Mayın 4-də bölgələrdə olaraq mövcud vəziyyətlə tanış oldu;

5. Mayın 5-də işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində 25 illik fasilədən sonra ilk dəfə həyata keçirilmiş qarğıdalı səpinində iştirak etdi;

6. Mayın 12-də “internet fenomeni”, Qubanın Buduq kənd sakini, fermer İldırım Məmmədovun təsərrüfatına baş çəkdi;

7. Mayın 15-də 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi keçirildi;

8. Mayın 18-də Yevlaxda ilk vətəndaş qəbulu keçirdi;

9. Mayın 19-da ilk xarici səfərini Türkiyəyə etdi, bu ölkənin sabiq Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşdü;

10. Mayın 22-də Prezident İlham Əliyev Aqrar Tətqiqatlar Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı;

11. Mayın 26-da ölkə üzrə biçin kampaniyası başladı və əksər bölgələrdə texnika çatışmazlığı problemi ortaya çıxdı;

12. İyunun 1-də Aqrar Universitetin məzun yarmarkasında iştirak etdi;

13. İyunun 5-də aqrar ixtisasları seçəcək abituriyentlərə 200 manat təqaüd vəd edildi;

14. İyunun 9-da Naxçıvana səfər edərək, Muxtar Respublikanın aqrar potensialı ilə tanış oldu;

15. İyunun 10-da Saatlıda, iyunun 16-da Tərtərdə, iyunun 19-da isə İmişlinin pambıq sahələrində kütləvi zəhərlənmə baş verdi, məsuliyyət daşıyan bəzi şəxslər həbs edildi, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev iyunun 20-də vəzifədən azad olundu;

16. İyunun 29-da Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı sərəncam imzaladı, Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayırdı;

17. Ələddin Eyvazov vəzifə pillələrində sürətlə irəlilədi, mayın 14-də Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsindən çıxarılaraq Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, iyunun 20-də isə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi təyin olundu;

18. Dövlət Aqrar Ticarət Şirkəti yaradıldı;

19. İyulun 9-da ilk dəfə olaraq media nümayəndələri üçün “açıq qapı” günü keçirildi;

20. Kadr islahatı apardı, Şəbnəm Məmmədova innovasiyalar üzrə müşavir, hollandiyalı Martis van Splanter eksperimental pilot layihələr üzrə məsləhətçi, Vüqar Babayev Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru, Leyla Məmmədova Dövlət Aqrar Ticarət Şirkətinin direktoru, Anar Hüseynov, İlhamə Qədimova, Elvin Paşayev, Araz İsmayılov, Rafail Quliyev şöbə müdirləri, Mirzə Əliyev Kənd Təsərrfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi, Bayandur Rzayev Dövlət Baytarlıq Xidmətinin rəisi, İmran Cümşüdov Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi təyin edildi, bir neçə rayon idarəsinin rəisi dəyişdirildi;

21. İyulun 27-də Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq memorandumu imzalandı;

22. Kənd təsərrüfatı məhsullarının qiymətlərində dəyişmələr baş verdi, nazirlik “bahalaşmanın qabağını almamaqda” ittiham olundu;

23. Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşdü, onlara dəstək vəd etdi.


Nicat Nəsirli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır