Modern.az

ABŞ Meksika ilə sərhəddə divar tikməyə başlayıb

ABŞ Meksika ilə sərhəddə divar tikməyə başlayıb

1 Avqust 2018, 10:11

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəd boyu tikiləcək divar səddinin tikilişinə başlandığını bəyan edib.

 

Modern.az Fox Nes kanalına istinadən xəbər verir ki, bu barədə Tramp Florida ştatının Tampa şəhərində tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Çoxu bilmir amma biz artıq divarın tikilişinə başlamışıq. Bizim 1,6 milyard dollarımız var və biz artıq divarın böyük bir hissəsini qurmağa başlamışıq. Amma biz bu barədə danışacağıq, bizə daha çox vəsait lazımdır. Biz həlledici addımları atacağıq və onları alacağıq” – Tramp bəyan edib.

 

Çıxışı zamanı rəqib Demokratlar partiyasına da toxunan ABŞ prezidenti onların bu plana qarşı olduqlarını bildirib.

Trampın sözlərinə görə, Demokratlar açıq sərhədlərlə daha çox cinayətkar qruplaşmaların ölkəyə sızmağına və onu idarə etməyini istəyir. Lakin, Respublikaçılar isə güclü sərhədlər və cinayətkarlığın olmamasının tərəfdarıdırlar.

 

Qeyd edək ki, 2018-ci ilin martında ABŞ senatı Meksika ilə sərhəddə çəkiləcək divar üçün 1,6 milyard dollar ayırıb. Lakin ABŞ administrasiyası bu layihə üçün 25 milyard dollar istəyib.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub