Modern.az

Manatın tam üzən məzənnəyə keçidi HAZIRLANIR

Manatın tam üzən məzənnəyə keçidi HAZIRLANIR

1 Avqust 2018, 11:42

“Dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Azərbaycanda da tam üzən məzənnəyə keçid istiqamətində işlər görülür".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, üzən məzənnə rejiminə keçmək üçün planlar hazırlanır.

"Üzən məzənnəyə keçid istiqamətində addımlar atılır. Dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun üçün şərait yaratmaq lazımdır, ixrac şaxələndirilməlidir. Valyutaya tələbatı olan idxalçılar var. Üzən məzənnə tələb və təklifin formalaşması deməkdir. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində ortamüddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik", - deyə E.Rüstəmov bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?