Modern.az

Nəqliyyatda gedişhaqqının artmasının inflyasiyaya təsiri var - RƏSMİ   

Nəqliyyatda gedişhaqqının artmasının inflyasiyaya təsiri var - RƏSMİ    

1 Avqust 2018, 11:48

Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı qərarının inflyasiyaya təsiri minimal olacaq.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

Mərkəzi Bankın sədri deyib: "Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüksəldici təsiri var. Düşünmürük ki, bu qərar bütövlükdə inflyasiyanın hədəf dəhlizindən (6-8 faiz) kənarlaşdıra bilər. Hesab edirik ki, təsiri çox minimal olacaq. İnflyasiyanın əsas amili məzənnə sabitliyidi. Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Eyni zamanda, pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir