Modern.az

Mətbuat Şurası "reket qəzet”lərlə mübarizənin illik yekununu açıqlayacaq

Mətbuat Şurası "reket qəzet”lərlə mübarizənin illik yekununu açıqlayacaq

4 Dekabr 2009, 15:13

Mətbuat Şurası “reket jurnalistikası”na qarşı apardığı mübarizəni effektli sayır. Modern.az-ın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, adları “qara siyahı”ya salınan "reket qəzet”lərin əməkdaşları artıq əvvəllər olduğu obyektlərə gedərək rüşvət tələb edə, hədə-qorxu gələ bilmirlər. Araşdırmalar göstərib ki, bir çox yerdə artıq həmin qəzetlərin nümayəndələrini qapıdan içəri buraxmırlar. Çünki əksər obyektlər Mətbuat Şurasının məlum siyahısından xəbərdardırlar. Ə.Amaşov bunu “reket jurnalistikası”na qarşı aparılan mübarizənin böyük uğuru sayır.

Mətbuat Şurasının sədri bildirb ki, 2009-cu ilin axırında "reket qəzet”lərə qarşı aparılan mübarizənin yekunu ilə bağlı açıqlama yayacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir